')

Bu gün:


FutbolPress.Az | ŞÜKÜROV VƏ KİŞİ İŞİ... (YAZI)

ŞÜKÜROV VƏ KİŞİ İŞİ... (YAZI)


oxunma sayı: 2371 Paylaş:

Səkkiz yüz iyirmi altı dəfə "Xəzər Lənkəran"a sırınandan sonra Mahir Şükürovun real transferi "Neftçi"yə nəsib oldu. Nəfəsləri kəsən bir olay.. nəhayət alındı!

Dünən bu xəbər ildırım sürətiylə yayıldı, neçə ki, "Zestafoni"ni "təkayaqlı" keçməklə gözümüzdə göyün yeddinci qatına qalxan "Neftçi" İsraildəki oyunuyla ordan eyni sürətlə yerin yeddinci qatına girmişdi... Sürətdə və surətdə bir-birinizi yaxşı tapmısız.

Mahir Şükürov və Kamran Ağayev Azərbaycan futbolunda ağzının danışığını bilməyib, əvəzinə düşdüyü kəlləmayallaq vəziyyətə görə özündən başqa hamını təqsirkar çıxardan nadir futboçulardandı. Bugünkü söhbətimiz təbii ki, Ağayevdən deyil, qafiyə Şükürovdandı..

O, bir müddət əvvəl demişdi ki, Azərbaycanda oynamayacam. Bu sözü bir neçə dəfə də deyib. Kişi kimi söz vermişdi. Ancaq "Neftçi"yə transfer "kişi işini" göstərdi...

Burda problem yoxdu. Keçib, keçib də... Problem ondadı ki, görəsən, nə məcbur edir futbolçunu belə açıqlama verməyə. Təkəbbür? Lənət şeytana, azərbaycanlı futbolçunun təkəbbür cəhdi necə də üfunətlidi...

Şükürov "Anji"yə gedəndə xoşumuza gəldi. Azərbaycanda beş manat pul görüb kənara ayaq basmaqdan qaçan yerlilərin arasında cürət edən tək o olmuşdu həmin vaxt. Ancaq elə o vaxtlar yığmaya bir müddət çağırılmadığına görə hər gün səhər-axşam açıqlama verib, millidən imtina etdiyini deyirdi. Küsmüşdü... Sonra Foqts ona dəvət göndərdi. Sonra Mahir dopinq testdə "deffekt" çıxdı. Sonra el arasında gəzən, ancaq sübut-dəlil olmayan söhbətə görə testin cavabında Şükürovun ekstazi qəbul etdiyi məlum oldu. Sonra futbolçu istehsal etmək üzrə rekordları çilik-çilik edən AFFA-nın çoxmənalı baş katibi Elxan Məmmədov ən azı bir illik futboldan uzaqlaşdırılmalı olan Mahirin əfvi üçün UEFA-ya ağız açdı və bu işə əncam qıldı. Adi etiket qaydalarına əməl edəcək qədər qabiliyyəti olmayan Mahir "Anji"dən sürüşüb yenidən vətənə qayıdanda fantastik məbləğə "Qəbələ"yə transfer olundu. "Qəbələ" də gördü ki, bu futbolçunun layiqli qiymətini yalnız onu komandadan qovmaqla vermək olar. Qovulan futbolçunu da bəh-bəhlə yalnız "Neftçi" transfer edərdi. Təbrik edirik! Peşəkar klub ayrı şeydi, biz bilmərik belə məsələləri...

Yəqin Şükürov yeni komandasında ilk məşqini "Bismillahir Rəhmanir Rəhim""Sağ olsun Sadıq müəllim" kəlamlarıyla başlayacaq. Allah xeyrinizi xeyir, xeyirinizi də xeyr eləsin, belə dəhşətsiz vallah, transfer siyasətiniz möhtəşəmdi...

Elçin CƏLİLOV


oxunma sayı: 2371 | Paylaş:




?>