')

Bu gün:


FutbolPress.Az | LONDONDA XII GÜN: MARİYA STADNİK GÜMÜŞ MEDAL QAZANDI   (NƏTİCƏLƏR)

LONDONDA XII GÜN: MARİYA STADNİK GÜMÜŞ MEDAL QAZANDI  (NƏTİCƏLƏR)


oxunma sayı: 483 Paylaş:

London Olimpiadasının XII günündə Azərbaycan yığmasının daha 2 idmançısı mübarizəyə qoşulacaq. Geridə qalan 11 gündə Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb. Gümüşə güləşçimiz Rövşən Bayramov (55 kq), bürüncə ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) və digər güləşçimiz Emin Əhmədov (74 kq) sahib çıxıb. Bundan əlavə, boksçularımız - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91) yarımfinala yüksəlməklə, ən azı bürünc medal qazanmağı təmin edib.

Atletika - Hayle İbrahimov

Atletika yarışlarındakı sonuncu idmançımız Hayle İbrahimov bu gün qaçış zolağına çıxıb. Təsnifat mərhələsində 5000 m məsafəyə qaçan milliləşdirilmiş legionerimiz I qrupda yer alıb. Saat 14:45-də başlanan yarışda 43 atlet 2 qrupa bölünüb. 22 nəfərlik I qrupda mübarizə aparan İbrahimov 1095 start nömrəsi ilə yarışıb. 

5000 m məsafəni 13:25.23-ə qaçan Hayle finiş xəttinə 1-ci çatıb. Bu isə o deməkdi ki, İbrahimov final mərhələsinə vəsiqə qazanıb. O, ən yaxın izləyicisini 0,41 saniyə qabaqlayıb. Onun bütün rəqibləri II qrupun çıxışından sonra bilinəcək. Final yarışları isə avqustun 11-də keçiriləcək.

Qadın güləşi - Mariya Stadnik

Pekin Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülən Mariya Stadnik (48 kq) London Olimpiadasına 1/8 finaldan qoşulub. Qadın güləşçimiz bu mərhələdə Lonq Çun (ABŞ) ilə qarşılaşıb. Rəqibindən hər iki hissədə üstün olan (2:0, 3:0) Mariya növbəti mərhələyə İvona Matkovskanı (Polşa) yenib - 2:0, 4:1. Stadnik yarımfinalda ukraynalı İrini Merleni ilə qarşılaşıb. Təmsilçimiz bu dəfə də rəqibindən açıq-aşkar üstün olaraq (1:0, 3:0), finala yüksəlib. Mariya Stadnik saat 23:03-də başlanacaq həlledici görüşdə yaponiyalı Hitomi Obara ilə güləşib. İdmançımız ilk hissəni 4:0 hesabı ilə qalib başa vursa da, sonradan qələbəni əldən verərək (0:1, 0:2), gümüş medalla kifayətlənib.


oxunma sayı: 483 | Paylaş:




?>