')

Bu gün:


FutbolPress.Az | İLQAR QURBANOVUN "DAR AĞACI"...

İLQAR QURBANOVUN "DAR AĞACI"...


oxunma sayı: 520 Paylaş:

"Azərbaycandakıların hamısı sıradan futbolçulardı"

Türkiyə Bank Asya birinci liqasında mübarizə aparan "Mersin İdman Yurdu"nun futbolçusu, Azərbaycan millisinin sabiq üzvü İlqar Qurbanovun müsahibəsi.

- Bir neçə gün əvvəl "Mersin İdman Yurdu"nun mətbuat katibi Cəlal Ata sizə qarşı mənfi fikirlər səsləndirmişdi. Bu haqda nə deyə bilərsiniz?
- Mən Cəlal Ataya zəng eləyib soruşdum ki, bu nə məsələdir? Mənim haqda bu nə sözlərdir deyibsən? O, isə bu sözləri demədiyini bildirdi. Onun məndən heç bir xahişi olmayıb, ümumiyyətlə aramızda heç bir söhbət olmayıb. Mən vəkilimlə danışmışam. Məsələni araşdıracaq. Əgər Cəlal Ata o sözləri deyibsə, onu məhkəməyə verəcəyəm. O, kimdir axı məndən şikayət edir? Onun ixtiyarı yoxdur ki, futbolçu haqqında mənfi fikirlər səsləndirsin.
- Baş məşqçi əsas heyətdə sizə gec-gec yer verir. Buna səbəb nədir?
- Mən hələlik hazır deyiləm, ona görə baş məşqçi mənə az güvənir. Kubok oyununda özümü hazır hiss etdim və baş məşqçiyə dedim ki, oynamaq üçün mənə şans versin. Mən də bu şansdan istifadə edib yaxşı oyun göstərdim, hətta bir qola imza atdım. Oynamamağımın başqa heç bir səbəbi yoxdur.
- Ümumiyyətlə baş məşqçi sizdən razıdırmı?
- Təbii ki, razıdır. Niyə də razı olmasın? Razı olmaması üçün heç bir səbəb yoxdur.
- "Mersin İdman Yurdu" rəhbərliyi qarşısına məqsəd qoyubmu ki, bu mövsüm çempion olub super liqaya çıxsın?
- Təbii ki. Məhz buna görə klub rəsmiləri bəzi transferlər edib ki, çempion olsun, ən azından ilk altılığa düşsün.
- Azərbaycan mətbuatından narazı olduğunuzu öyrəndik. Bunun səbəbi nədir?
- Bəli, narazıyam. Çünki heç kim itirib-axtarmır. Amma nə vaxt ki, mənim haqda pis xəbər yazırlar, həmin dəqiqə Azərbaycanın bütün mətbuatı, saytları məni manşet eləyir. Ancaq Türkiyə mətbuatı mənim haqda yaxşı xəbər yazanda nədənsə bu xəbərləri Azərbaycan saytlarında görə bilmirəm. Niyə? Bu nə hörmətsizlikdir? Mən Azərbaycanı vətəndən qıraqda layiqincə təmsil etməyə çalışıram. Mən başqa nə etməliyəm? Bir futbolçu var ki, heç ilk 18-liyə düşə bilmir, mövsüm boyu heç debüt də edə bilməyib. Ancaq bütün günü onu tərifləyirlər. Amma mən oynayıram, haqqımda yazan yoxdur. Mən demirəm ki, Azərbaycan mətbuatı məni tərifləsin. Sadəcə olaraq, nə varsa onu yazsınlar. Mənim təriflənməyə ehtiyacım yoxdur.
- Rəşad Sadıqov "Əskişəhərspor"a transfer olub, amma heç debüt edə bilməyib. Sizcə bu nəyə bağlıdır?
- Bura Azərbaycan deyil ki, transfer olunan kimi oynayasan! Türkiyədə ad-san qəbul olunmur. Gərək Rəşad oyunu ilə özünü göstərsin ki, ona heyətdə yer versinlər.
- Ümumiyyətlə Azərbaycanla Türkiyə futbolunu müqayisə etdikdə, hansı fərqlər ortaya çıxır?
- Çox fərq ortaya çıxır. Çünki Azərbaycan futbolunda "ad-san" önəmlidir, ancaq Türkiyədə isə oyuna "ad-san"a diqqət vermirlər. Azərbaycanda "ad-san" çox önəmlidir. Məsələn Azərbaycan 500 min dəyərində 33 yaşlı futbolçu gətirirlər, ancaq heç bir qola da imza ata bilmir. Amma bizim 18 yaşında futbolçularımız 10 minə oynayır və 500 minlik futbolçudan çox qol vurur. Azərbaycan futbolunun səviyyəsi budur.
- Qarşıdakı Azərbaycan-Türkiyə oyunu ilə bağlı nələr deyə bilərsiniz?
- Təbii ki, istəyərəm Azərbaycan qələbə qazansın. Başqa bir şey istəyə bilmərəm. Favorit Türkiyə olsa da, ürəyim Azərbaycanladır. Əgər Azərbaycan qələbə qazansa, mənim də burada başım yuxarı olar.
- Bəs Berti Foqts haqda nə düşünürsünüz? Sizcə Azərbaycana kifayət qədər millimizə kömək edə bilir?
- Mən bu haqda çox danışmaq istəmirəm. Çünki mən bir söz deyən kimi səhv başa düşürlər, mətbuatda şişirdirlər. Sonra da deyirlər ki, İlqar Foqtsla dalaşır və s. Kim necə istəyir elə də yazır. Azərbaycanda buna qərar verə biləcək adamlar var. Onlar necə uyğun görürlərsə elə də olsun. Siz özünüz məndən yaxşı izləyirsiniz. Mən ondan bir söz deyən kimi, deyirlər ki, İlqarla Foqtsun arasında nəisə problem var. Məni cəmi bir dəfə yığmaya dəvət edib. Ondan sonra çağırmayıb. Mənim onunla nə problemim ola bilər ki?

- Bəs Foqtsun Sizi milliyə çağırmamağının səbəbi nədir?
- Bilmirəm. Heç mən onun vaxtında millidə çıxış etməmişəm. Əgər onun rəhbərliyi altında yığmada çıxış etsəydim, səbəb gətirə bilərdi ki, mənim oyunumdan razı deyil.
- Siz özünüzü yığmada oynamağa layiq görürsünüzmü?
- Təbii ki görürəm. Əgər görməsəydim ölkədən kənarda oynamazdım. Qalardım Azərbaycanda, oturduğum yerdən pul qazanardım.
- Hazırda Azərbaycan millisində ən yaxşı oyunçu kimi hesab edirsiniz?
- Mən hazırda Azərbaycanda yaxşı futbolçu görmürəm. Hamısı sıradan bir oyunçudur. İndikilər əvvəlki futbolçulara nisbətən aşağı səviyyədədirlər. Emin Quliyev, Zaur Tağızadə və Camal Quliyev kimi futbolçulara Azərbaycanda rast gəlmək çox çətindir. Davamlı forma geyən futbolçu yoxdur artıq. Əvvəllər Emin Quliyevdən forma almaq çox çətin məsələ idi. Çünki çox üstün oyuna malik idi. İndiki oyunçularımız isə hamısı bir-birinə bərabərdir.

Xəyal Azəroğlu


oxunma sayı: 520 | Paylaş:




?>