')

Bu gün:


FutbolPress.Az | VİNFRED ŞAFER JABANIN MEYDANDAN QOVULMASINI HAQLI SAYIR

VİNFRED ŞAFER JABANIN MEYDANDAN QOVULMASINI HAQLI SAYIR


oxunma sayı: 238 Paylaş:

Lənkəran səfərində 1 xalla dönən "Bakı"nın baş məqşçisi Vinfred Şafer bunu uğur sayır: "Oyuna maraq böyük idi və stadionda əla atmosfer yaranmışdı. Gözlədiyimiz kimi qarşılaşma gərgin keçdi. Mən qələbə qazanmamağımıza baxmayaraq, bu nəticəyə də sevinirəm. Rəqibin oyununu yaxşı analiz etmişdik. Bu oyunda Britaniya futboluna üstünlük verdik. Bizim bu xala böyük ehtiyacımız var idi".
Şafer Jabanın meydandan qovulmasına da münasibət bildirib: "Jabanın meydandan qovulması doğru qərar idi. Nə yaxşı ki, meydanda azlıqda qalsaq da, hesabı bərabərləşdirə bildik".


oxunma sayı: 238 | Paylaş:




?>