QURBAN QURBANOV YENƏ BƏDBİNDİ
Paylaş:
Səfərdə "Turan"ı 1 cavabsız qolla məğlub edən "Qarabağ"ın baş məqşisi Qurban Qurbanov oyunsonrası mətbuat konfrasında bunları deyib: "İstənilən komanda üçün Tovuzda oynamaq, buradan xal aparmaq çətin olub. Biz qalib gəlmək üçün gəlmişdik, 3 xalı qazandıq. Hesab 1:0 olsa da, nəticə bizi qane edir. Belə meydançada oynamaq çətindi. Futbolçularımız çalışırdı ki, topa daha çox nəzarət etsinlər. Qarşıdakı oyunlara yaxşı hazırlaşa bilməyəcəyik. Çünki heyətimizdə 7-8 futbolçu qalacaq. Ancaq yenə də komandanı hazırlamağa çalışacağıq. "Turan"a uğurlar arzulayıram".
| Paylaş: