')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" "BAKI" DAN QİSAS ALA BİLMƏDİ (TURUN TƏHLİLİ)

"XƏZƏR LƏNKƏRAN" "BAKI" DAN QİSAS ALA BİLMƏDİ (TURUN TƏHLİLİ)


oxunma sayı: 366 Paylaş:

Yenə hakim oyunun nəticəsinə "əl gəzdirdi"

Bu gün keçirilən daha üç oyunla Premyer Liqanın VIII turu başa çatıb. Turun mərkəzi oyunu Lənkəranda, yerli "Xəzər Lənkəran"la "Bakı" arasında keçirildi. Ötən tur "Neftçi"ni məğlub liderliyə yüksələn cənublular bu dəfə doğma meydanda xal itirdi. Ötən mövsüm onları həm çempionluqdan, həm də kubokdan edən "Bakı" yenə bildiyini elədi.
Oyuna daha yaxşı başlayan və hesabı açan Mirça Rednikin komandası qolu vurandan sonra bir müddət hücumları davam etdirsə də, ikinci hissədə müdafiəyə çəkilməyə başladı. Buna matçın 73-cü dəqiqəsində rəqibin azlıqda qalması da səbəb ola bilərdi. Jaba Fariz Yusifovun buna qədər iki xəbərdarlığını almışdı, lakin bu dəfə rəqib oyunçuya əllə zərbəsi əfv olunmadı. Lənkəranlılar azlıqda qalan rəqibi müdafiədə qarşlayıb hücumları zərərsizləşdirəcəyini ehtimal edirdi, lakin 83-cü dəqiqədə Vaqif Cavadovun künc zərbəsi müdafiədə yaranan qarışıqlıqdan istifadə edib qola çevrildi.
Qalan dəqiqələrdə intensiv hücumlar bəs etmədi və gərgin qarşılaşma "sülhlə" yekunlaşdı. Yeri gəlmişkən, matçın əlavə dəqiqələrində "Bakı"nın müdafiəçisi Dari Nbombe təxminən 5-6 metr məsafədən qapıya vurulan zərbənin qarşısını əliyə aldı. Yusifov penalti əvəzində davam dedi. Rednik oyundan sonra keçirilən mətbuat konfransında da hakimi bu səhvini qeyd edib.

"Turan" öz meydanında "Qarabağ"ı qəbul edib. Tovuz təmsilçisi yeni baş məşqçi Revaz Dzodzuaşviliylə də məğlubiyyətə uğrayıb. Komanda 65 dəqiqə müdafiə oluna bilib, amma həmin dəqiqədə Emin İmaməliyevin zərbəsi qola çevrilib. Qurban Qurbanovun yetirmələri qoldan sonra rəqibin təzyiqinə məruz qalıb. Ancaq təcrübə sözünü deyib. Yerli komanda yenə minimal hesabla yenilib xalsız qaldı.
Turun ən məhsuldar matçı isə MOİK - "Gəncə" qarşılaşası oldu. Gəncəli azarkeşlərinin istefaya səslədiyi baş məqşi Fuad İsmayılovun komandası 5 cavabsız qolla qələbəni bayram edib. Bu məğlubiyyət "hərbçilərin" baş məşqçisi Ramil Əliyevin istefasına səbəb olub.
Turun statistikasıyla tanış olun:

2 oktyabr

16:00. "Turan" - "Qarabağ" - 0:1
Qol:
Emin İmaməliyev, 65
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Ramiz Əsədov, Əmrah İbrahimov
Tovuz. Şəhər stadionu

16:00. MOİK - "Gəncə" - 0:5
Qollar:
Junivan Suares, 13, 42, Samir Zərgərov, 75, Ceyhun Sultanov, 80 (p.), Armand Fyutçni, 90
Qırmızı kart: Rafael Əmirbəyov, 84
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, İsgəndər Əliyev, Zahid Həşimov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "Xəzər Lənkəran" - "Bakı" 1:1
Qol:
Uniston Parks, 23 - Vaqif Cavadov, 83
Qırmızı kart: Jaba, 73
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Fuad Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu

1 oktyabr

"Simurq" - "Qəbələ" - 0:2
Hakimlər:
Ceyhun Haşımov, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Hacıəli Ağayev

"Neftçi" - AZAL - 1:0
Hakimlər:
Əfqan Həmzəyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Tahir Əhmədov

"İnter" - "Muğan" - 1:0
Hakimlər:
Elnur Muradov, Roman Vasilyev, Elşən Acalov, Orxan Məmmədov

1 "Neftçi" 8 6 1 1 15-2 19
2 "Xəzər Lənkəran" 8 5 3 0 9-1 18
3 "İnter" 8 5 1 2 7-3 16
4 AZAL 8 4 2 2 9-6 14
5 "Qarabağ" 7 3 2 2 7-4 11
6 "Gəncə" 8 2 5 1 11-8 11
7 "Qəbələ" 8 3 1 4 6-7 10
8 "Muğan" 8 2 3 3 6-7 9
9 "Bakı" 7 2 3 2 10-9 9
10 MOİK 8 1 1 6 3-18 4
11 "Turan" 8 0 3 5 5-13 3
12 "Simurq" 8 0 3 5 5-15 3


oxunma sayı: 366 | Paylaş:




?>