«ABŞERON» - «ANŞAD PETROL» OYUNU TƏXİRƏ SALINDI
Paylaş:
Peşəkar Futbol Liqası I divizionun V turunun bir oyununu təxirə salıb. Bu gün baş tutmalı olan "Abşeron" - "Anşad Petrol" matçı başqa vaxta keçirilib. PFL təşkilatı işlərlə əlaqədar olaraq və "Anşad Petrol"un məktubuna əsaslanaraq matçı təxirə salıb.
"Abşeron" 12 xalla turnir cədvəlinə başçılıq edir. "Anşad Petrol" isə 4 oyundan 2-də qələbə qazanıb, 2-də heç-heçə edərək 8 xalla turnir cədvəlində 3-cü pilləni tutur.
| Paylaş: