')

Bu gün:


FutbolPress.Az | BAXIN, RONALDİNYOYA BAXIN! (VİDEOLAR)

BAXIN, RONALDİNYOYA BAXIN! (VİDEOLAR)


oxunma sayı: 617 Paylaş:

Gün çıxır... Günçıxan tərəfə baxın o anda; üzdə yalnız sevinc hiss, müsbət emosiya...

Gün batır... Üfüqdəki - göylə yerin arasında günəşin yaratdığı mənzərə isə duyğusal anlara qərq edir. İnsan gün çıxanda sevinir, enerjili olur, ancaq batanda isə bir üzüntü...
Gün batanda çevril günçıxan tərəfə bax; heç bir əsər-əlamət qalmayıb, günçıxanda yaranan əlvanlıqdan heç nə qalmayıb.

Futbolçu ömrü də belədi.. günçıxandan gün batana bir ömür. Budəfəki qəhrəmanızım Ronaldinyodu (Ronaldo de Assis Moreyra). "Pari Sen-Jermen"də (PSJ) başladı Avropa fəthinə... "Barselona"damı bitdi?
Deyirlər, Ronaldinyo "sönüb". Amma o bir ulduzdu, heç vaxt sönməz - təbii, bunu ronaldinoysevərlər birağızdan deyir. Yaş öz sözünü deyə bilər, əvvəlki cazibə və işartı azalıb; siz nə istəyirsiz, hər futbolçu Zidan kimi son gününə qədər meydanda həminki Zidan olsun?

Ronaldinyo hələ oynayır. Buyaxınlarda xəbər çıxdı ki, onu almaq istəyən cəmi 4 milyon avro ödəsə bəsdi. Üzücü xəbərdi. Baxın, Ronaldinyoya baxın, ona bu qiyməti vermək, alçaltmaq olarmı? Portuqaliyalı Ronaldo Ronaldinyo qədər nə etdi ki, ona 90 milyon verdilər? Ronaldinyoya baxın, onun büstünə belə 4 milyon vermək azdı...

...Və "Milan". Ronaldinyo oynayır. Qolsuz oynayır... Qollarını sallayıb yanına, oynayır - "La samba di Dinho!"



oxunma sayı: 617 | Paylaş:




?>