')

Bu gün:


FutbolPress.Az | MPENZA 1-Cİ QOLUYLA "NEFTÇİ"Nİ 1-Cİ PİLLƏYƏ YÜKSƏLTDİ

MPENZA 1-Cİ QOLUYLA "NEFTÇİ"Nİ 1-Cİ PİLLƏYƏ YÜKSƏLTDİ


oxunma sayı: 310 Paylaş:

"İnter" - "Muğan" oyununda qalmaqal

Bu gün Premyer Liqanın VIII turuna start verildi. Turun bir gün önə çəkilməsinin səbəbi yığmanın AÇ-2012-nin seçmə mərhələsində Avstriya və Belçika ilə qarşıdakı oyunlarıdı.

Tura Zaqatalada start verilib. Yeni mövsümdə qələbə üzünə həsrət qalan "Simurq" "Qəbələ"ni qəbul edib. Bu oyunda da yerli komanda xal qazana bilməyib. Toni Adamsın komandası iki cavasız qolla ikinci qələbəsini qazanıb.
Ötən tur Premyer Liqanın debütantı "Gəncə"yə uduzmaqla turun sensasiyasını yaradan son çempion "İnter" evdə "Muğan"a qarşı çətin oyun keçirdi. Matçın 81-ci dəqiqəsində qonaqların qapısına təyin olunan penalti narazılıq yaratdı. "Muğan"ın baş məqşisi Almir Hurtiç baş hakim Elnur Muradova etirazını emosional şəkildə bildirdi. Futbolçular arasında da çaxnaşma yarandı. Karlsons şansı qola çevirdi və bu qol "bankirlərə" 3 xal qazandırdı.

"Neftçi" - AZAL matçının da hər iki komanda üçün mühüm əhəmiyyəti var idi. "Təyyarəçilər" ilk "altılıq" uğrunda, Arif Əsədovun komandası isə liderliyi qaytarmaq üçün çalışacaqdı. Oyun isə gözlənildiyi qədər rəqabətli keçmədi. Oyunu 2-ci dəqiqəsində mövsümün ən bahalı transferi Emil Mpenzanın vurduğu qol yeganə oldu və "Neftçi" 3 xalı qazanıb liderliyə yüksəldi.

1 oktyabr

16:00. "Simurq" - "Qəbələ" - 0:2
QOLLAR:
Saşa Yunisoğlu,14; Terri Kuk, 85
Hakimlər: Ceyhun Haşımov, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Hacıəli Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Neftçi" - AZAL - 1:0
QOL:
Emil Mpenza, 2
Hakimlər: Əfqan Həmzəyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Tahir Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "İnter" - "Muğan" - 1:0
QOL:
Girts Karlsons, 81 (pen.)
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Elşən Acalov, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu

2 oktyabr

16:00. "Turan" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Ramiz Əsədov, Əmrah İbrahimov
Tovuz. Şəhər stadionu

16:00. MOİK - "Gəncə"
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, İsgəndər Əliyev, Zahid Həşimov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

19:00. "Xəzər Lənkəran" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Fuad Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu

1 "Neftçi" 8 6 1 1 15-2 19
2 "Xəzər Lənkəran" 7 5 2 0 8-0 17
3 "İnter" 8 5 1 2 7-3 16
4 AZAL 8 4 2 2 9-6 14
5 "Qəbələ" 8 3 1 4 6-7 10
6 "Muğan" 8 2 3 3 6-7 9
7 "Qarabağ" 6 2 2 2 6-4 8
8 "Bakı" 6 2 2 2 9-8 8
9 "Gəncə" 7 1 5 1 6-8 8
10 MOİK 7 1 1 5 3-13 4
11 "Turan" 7 0 3 4 5-12 3
12 "Simurq" 8 0 3 5 5-15 3


oxunma sayı: 310 | Paylaş:




?>