')

Bu gün:


FutbolPress.Az | Generalın arzusu və "Qol kralı"

Generalın arzusu və "Qol kralı"


oxunma sayı: 1516 Paylaş:

FutbolPress
qantural@gmail.com

Keçən həftə Əziz Nesinin "Futbol kralı" romanı haqda yazacağımı vəd etmişdim.
Vədimizə əməl edirəm. amma bir yanlışı düzəldəndən sonra.
Məsələ burdadı ki, romanın adı dilimizə səhv tərcümə edilibmiş, orijinalı "Futbol kralı" yox, "Qol kralı"dır.
Mən əsəri ana dilimizdə oxuduğum üçün səhv etmişəm.
Azərbaycan dilində o zaman "qol kralı" ifadəsi yox idi, "bombardir" deyirdilər qol kralına.
Romanın Türkiyədəki bəzi nəşrləri isə "Qol kralı Səid Hopsəid" adıyla çap edilib.
Kamal Sunalın baş rol oynadığı film də belə adlanır: "Qol kralı".
Roman 1957-ci ildə çap edilib, film isə 1980-də.

Qiyamçılar futbola da əl atdılar

Futbol saytında söhbət 1980-ci ilin Türkiyəsindən düşürsə bir məqamı yazmadan keçməyək.
1980-ci ilin 12 sentyabrından Türkiyədə ordu qiyam qaldırdı.
Hakimiyyəti ələ alan ordu rəhbəri Kənan Evren sonra 1989-cu ilə qədər Türkiyənin prezidenti oldu.
Qəzetçilər, solçular, sağçılar həbsə dolduruldu, Amerikanın istədiyi hər şeyi etdilər.
Və bu repressiyalar futboldan da uzaq düşmədi.
1980-ci ildə Türkiyənin Super Liqasında Ankaranın komandası yox idi.
İstanbulun bir neçə komandası vardı, Trabzonun, İzmirin komandası vardı, amma paytaxt Ankaranın yox idi.
Evren Super Liqada Ankara komandasının olması üçün federasiyanın nizamnaməsini dəyişdirdi.
Belə ki, ölkə kubokunu alan komanda neçənci liqada olmasına baxmayaraq Super Liqaya çıxırdı.
Üstəlik, İkinci Liqaya düşəsi komanda kuboku alsaydı Super Liqada qalırdı.
1980-81 sezonunda kuboku alan "Ankaragücü" beləcə Super Liqaya çıxarıldı.
Kubok necə alınmışdı: Rəqib komanda "Boluspor"un vurduğu qol hesaba alınmadan.
Komandanın prezidenti oyundan sonra demişdi: Axirətdə də olsa bu kuboka görə Kənan Evrenden qisasımı alacam.
O zaman idman naziri də, Dövlət Bədən Tərbiyəsi müdiri də polkovnik rütbəsində hərbçilər idi.
İşlərini pis görməmişdilər...

Qol kralı

Qol kralı alacaq adam kimdi: gözləri olduqca zəif görən, varlı bir ailənin oğlu, riyaziyyatdan başqa hər şeyə laqeyd Səid...
Bununla belə Sevim adlı qıza aşiq olur, Sevim isə futbolçularla durub-oturan, onlarla yatan kübar ailənin qızı.
Səid futbolçu olmağa qərar verir.
Əməliyyata girir, gözləri sağalır, futbol dərslərində futbol oynamağa başlayır və sonda qol kralı olur.
Bunlar adi süjetdi, roman da kəskin satirası olan romandı, mən mütləq o romanı oxumağınızı tövsiyə edirəm.
Çünki o romanda kapitalist bir sistemin futbolla insanları necə böldüyünü, onların məişət qayğılarını necə unutdurduğunu yazır.
"Qalatatasaray"la "Fənərbağça" arasındakı oyunların insanlara həyatı necə unutdurduğunu, yoxsulluq içində boğulan insanların öz enerjilərini futbola yönəldərək necə kütləyə çevrildiyini göstərir böyük usta.
"Yaşadığım Türkiyədə məqsədindən uzaqlaşdırılmış futbol yozlaşmasını, manipulyasiyasını yazdım bu romanımda" deyirdi Əziz Nesin.
Əziz Nesin bu romanı təhlükənin ilk illərində yazmışdı, sonradan 1970-ci ildə kitabı əlavələrlə yenidən çap etdirdi.
Amma prosesin qarşısını saxlaya bilmədi.
Bizi də bu təhlükə gözləyir.
Lənkəranda olanları görmədizmi?

Yazarın bütün yazıları

oxunma sayı: 1516 | Paylaş:




?>