')

Bu gün:


FutbolPress.Az | MİKAYIL N. TAPDI..  (YAZI)

MİKAYIL N. TAPDI.. (YAZI)


oxunma sayı: 938 Paylaş:

AFFA-nın yaralı qolu, düşünməyən tək orqanı İctimaiyyətlə Əlaqələr Departamentinin tapşırıqla, yalvarışla təyin olunmuş rəhbəri Mikayıl Nərimanoğlu müsahibə verəndə, nədənsə danışanda yerin də, göyün də gülməyi gəlir. Bu adam özünə bir qram da hörmət saxlamır, bu da onun özəlliyidi. 

Yeni müsahibəsində deyib ki, idman mediasının inkişafı bir növ, ingilis dilini bilməkdən keçir. Pah.. tapdı!

Bunu ona görə deyib ki, guya AFFA media nümayəndələri üçün ingilis dili kursu açıb. Bu da bu işi vacib məsələyə çevirmək istəyir. Ancaq bir şeyi unudur ki, Mikayıl N. nə qədər ki o qurumun rəhbəridi, həm AFFA-nın videosaytı, həm qəzeti bərbad gündə olacaq və  o bunu dərk etməyəcək, çünki nəyin bərbad, nəyin yaxşı olduğunu bilmir bu sahədə. Ona görə də medianın əsas probleminin nədən ibarət olduğunu təhlil edib ortaya çıxara biləcək yeri işləmir, buna əminəm.

Onun yerinə bu günlə düşünən bir nəfər işləməlidi, həm də bir az qürurlu, düyagörüşlü və ünsiyyətcil olmalıdı, səviyyəsizin yekəsi yox. M.Nərimanoğlu AFFA-nın media və ictimai imicinə xeyirdən çox zərər vurur. Bu, bir aksiomadı, adamın sifətinə baxın, hər şey aydın olacaq, daha mən sizə səbəb-sübəb açıqlamaq istəmirəm. Ciddi olmayan kadrdan ciddi nə səbəb çəkmək olar ki...

Nə qədər gözə soxmağa çalışsa da, alınmır. AFFA-nın çox yaxşı maddi imkanının qarşılığında bir dılğır videosayt hazırlatmaq inqilab deyil, Mikayıl N., sizin veb texnologiyadan, elektron KİV-dən xəbəriniz yoxdu, olsaydı, hər dəfə bunu qışqırıb, camaatı güldürməzdiz. İnsanları gopoloji müsahibələrlə aldatmaq qaldı sovet dövründə, indi kapitalizmdi, 5 yaşlı uşaq sizə internetin içini-çölünü izah edər, kimə kələk gəlirsiz...

Bir də yaman qərəzdən, nə bilim, doğru olan və doğru olmayan tənqiddən danışırsız. Mikayıl N. qulağınızı gətirin, sözüm var: futbol aləmində özünü mediada hiss edən bütün hər kəsdən ən qərəzli sima sizin özünüzsüz. Eşitdiz: İndi çəkin qulağınızı.

Millinin oyununa il ərzində 56 nəfər jurnalist aparmışıq deyib, Rövnəq Abdullayevin yanında guya vəziyyətdən çıxdığınızı düşündüz, ancaq o, hər şeyi əla bildi. O səfərdəki jurnalistlərin çoxu qəhum-əqrəbadı. Nə gündəsən, Azərbaycan futbolu, Mikaıl N. obyektivlikdən danışır. Onun bu illərdə elədiklərini dosye şəklində açıb qoymağın zamanı çatıb deyəsən, bir az da obyektivlikdən danışsa, məsələn hansı klubların qapısında 100 manata görə hətta ağız açdığından tutmuş ən yekə nəm-nümlərinə qədər mənzum hekayə yazmaq olar.

Mikayıl N., çalışın müsahibələrinizdə çox zilə qalxmayın, xüsusən qərəz və ya bu tip mövzularda ümumiyyətlə ağzınızı yumun. Sizin medianın problemləri və inkişafı mövzusunda dediyiniz "İngilis dilini bilmək lazımdı" fikriniz sizin analiz qabiliyyətinizin hara qədər işlədiyini göstərdi.

Natiq Muxtarlı yaxşı deyir, AFFA jurnalistlərçün ingilis dili kursu açır, öz işçiləri üçün də Azərbaycan dili kursu açsın...

Mətbuat günüylə bağlı tədbirdə jurnalistlərə maqnitofon hədiyyə etmisiz. Bu nə məna verir? Yəni gedin çaldığımız mahnıya oynayın... Miko, məsələn, mən və bir-iki həmkarım mətbuat adına yaraşmayan o tədbirə gəlmədik, maraqlıdı, bizim adımıza alınan maqnitofonlar sonra nə oldu. Şəxsi büdcənin artırılması yolları. Bir aşıx mahnısı qoyun, mənim payıa düşən o manqitofonda, qol açıb, oynayın. Onsuz dünya-aləm vecinizə deyil, növbəti gopoloji tekstlərinizi hazırlayın...

Tək ingilis yox, daha çox dildə yalan danışan, yalan yazan lazımdı, Miko? Burnunuzu təmizləyin, davam edərik söhbətə...

Bir qısa haşiyə də çıxım. Mətbuat günüylə bağlı tədbirdə jurnalistlərə maqnitofon hədiyyə etmisiz. Bu nə məna verir? Yəni gedin çaldığımız mahnıya oynayın... Miko, məsələn, mən və bir-iki həmkarım mətbuat adına yaraşmayan o tədbirə gəlmədik, maraqlıdı, bizim adımıza alınan maqnitofonlar sonra nə oldu. Şəxsi büdcənin artırılması yolları... Bir aşıx mahnısı qoyun, mənim payıma düşən o manqitofonda, qol açıb, oynayın. Onsuz dünya-aləm vecinizə deyil, növbəti gopoloji tekstlərinizi hazırlayın...

Elçin CƏLİLOV


oxunma sayı: 938 | Paylaş:




?>