')

Bu gün:


FutbolPress.Az | Elin kişibalası - Vaqif...

Elin kişibalası - Vaqif...


oxunma sayı: 987 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Bu yazı yerli futbolçuların legioner "defisiti" probleminə həsr olunur

Şarj

"Böyük oyun"da "Neftçi"nin məğlubiyyətinə görə, birbaşa Arif Əsədovun taktiki yanlışlığı və Mirça Rednikə nisbətən oyun fonunda radikal yanaşmanın olmaması səbəb kimi göstərilə bilər. 4-5-1 taktiki sxemindən kənara çıxmamaqla oyunu heç-heçəyə aparmaq niyyəti Əsədovun komandasında xüsusən, ikinci hissədə özünü qabarıq büruzə verirdi. Belə məqamlarda 4-3-3-ü matçın tempinə uyğun arabir dəyişən Rednik daha güclü məşqçi olduğunu isbatladı...

Pah..! Dayan, əşi, Rednikə düz elədiyini, Arifə isə savadsız olduğunu demək mənə qalıb? Bunu bütün günü ofisdə kompyuterin arxasında monitora təzə qapıya baxdıqları kimi baxan və klaviaturanı zorlayıb xəbər çıxardan Nail Nurəddinoğlu və ya Şahin Oğuz və ya da Xəndan Əlizadə etsin. Kişilərin işi varmış... Ə, güldürməyin, sən Allah!

...Ləziz oxucu, əl çək, mən futboldan qlamur şeylər yazmalıyam, verilən tapşırıq belədi, daha mənə, "get başqa sənət tap, futbol sənnih döl!"... - tipli şərhlər atmayın. Atmaq kişi işi sayılmır (Saa kişi lazımdı? Ha ha ha..! Öl əə!). Yoxsa əsəbləşib e-mail ünvanıma gələn bütün məşhur futbolçuların, jurnalistlərin, teleaparıcıların yanıq qoxuyan məktublarını tökərəm ortaya!

Orta demişkən, Vaqif Cavadov düşdü yadıma! Hələ sağdı? O, heç vaxt sol ola bilməyib, yəqin sağdı. Onun oğlan görünüşünü yesinlər, eşitdim Hollandiyada alınmayıb. Alınıb e, zay çıxıb... Hollandlar heç özləri üçün alındıra bilmirlər, qalmışdı, bizim Vaqifə...

Mən diaqnozumu vermişdim. Günah Vaqifdə deyil ha, ümumiyyətlə, bizim kişilərdə Hollandiyada alınmır. Nə bilim, nədisə, işləri düz gətirmir də... Zövqlər və mədəniyyət və s. ...iyyətlər fərqlidi. Çox fərqlidi!

Elə yaxşı ki, alınmır! Biz kişilərimizlə fəxr edirik! Kişi kimi gedib, kişi kimi də kəndinə qayıdanlarımıza əl çalaq! Onlar bizə necə lazımdı, lazımdı! Son statistika yaman bəd gəlib: Azərbaycanda qadınlar 58 faiz, kişilər 42... Heç olmasa bunu gizlədin, camaat bilməsin.

Hə, Vaqif, dayan, sözüm var. Guya utanır da, başını salıb aşağı. Əyib aşağı... Əyilib... Üzümə dik bax, utanma, mən də sənin bir xalaqızın, noolub ki? (Əgibdü, baci...)

Dostum deyir, o gün dağüstü parkda iki qız - biri bu qolunda, biri də yəqin ki, o biri qolunda olar da; gəzişirmişlər. Bu xəbər iki nəfərdən sonra çatıb mənə və həmin dəqiqə yazmaq həvəsim durub. Gəlmişəm fitboldan yazan avaraların yanına ki, ə, filankəslər, düzdü bu? Bu haqda eşidənlər dedi ki, hə, elədi, Vaqif qızlarla... Ordan bir çaxnaşmaçı (ala, jurnalistikada yeni söz) klaviatura "xəstəsi" başını monitordan çıxarıb qayıtdı ki, hələ Vaqif siqaret də çəkirmiş. Bilindi ki, həyatı klaviaturanın üstündə çürüyəcək, dünyadan xəbəri yoxdu.. ə, qadan alım,bir çıx o kiflənmiş otaqdan bayıra, qıza-mıza bax, rəngin-ruhun açılsın da..!

Nəysə, oturub bir yerdə bajı-qardaş kimi Vaqifdən xeyli danışdıq. Dərdləşdik. O, yaxşı futbolçudu. Ancaq xasiyyəti tünddü. Qışda futbolpress.az-da oxumuşdum müsahibəsini, adi bir sualdan inciyib, çıxıb getmişdi. And-aman... Xeyri olmamışdı. Mən uşaqlara məsləhət gördüm ki, buna görə pis olmasınlar, Vaqifə nə olubsa, Hollandiyada olub, o çox əsəbidi, yəqin artıq o ölkədən zəhləsi gedir. Onu orada oynatmırlar. Vətənçün darıxır. Gəlin ona yaxşılıq edək. Çalışaq ki, qayıtsın.

İndi şükür Yaradanın qüdrətinə, Vaqif öz elində-obasındadı, "Bakı"dadı, uzaqda deyil. Gözümüzün qabağındadı. Oynayır özü üçün, əsas odu ki, uşağı itirmədik. Xeyli geriyə düşüb, gərək bir müddət özünə gəlsin, güc yığsın və s. Veteranlarımız da, başda Tahir Süleymanov burmatelli olmaqla, belə gənc istedadlı futbolçularımıza əlindən gələni əsirgəməməlidi. Əsirgəmək nədi, necə olursa olsun, Vaqifi özünə qaytarmaq lazımdı.

Mən Vaqifin simasında bütün kişilərimizi kişi olmağa çağırıram! (Ya kişilər!) Bu ölkəyə, obaya, elə kişi lazımdı! Gülməyin... Ciddiyəm! Ə, bizdə həmişə kişi olub ee..! Ağsaqqallarımız da sözümü təsdiqləyər, (Üstümə cummasınlar, lazım deyil təsdiq)... Biz legioner futbolçularımızdan göz-qulaq olmalıyıq. Kişilərin bir hissəsini Rusiya bazarlarında azdırmışıq, bir hissəsi çox oxumaqdan (sözün iki mənasında) baqşa məxluqa çevriliblər, başqa hissəsi də yol çəkir-sökür-çəkir, evə gəlmirlər...
Belə dar məqamda qaynanamın adından da səslənirəm (hər halda ağbirçək sözüdü), a bala, bir hissəni də xaricə futbol oynatmağa göndərdiksə, vəssalam da, day denən, oturaq papış toxuyaq, çəhrə fırladaq da...

AFFA eşitsin səsimizi, Elxançik "krassavçik" - baş katibi deyirəm, imkanı varsa, qadın futbolunu rədd elədi, buna görə alqış, ancaq legioner məsələsini də rədd eləsin, ondan sonra bəlkə özünü "ədd" (ingilisin sözü) etdik...

Yazarın bütün yazıları

oxunma sayı: 987 | Paylaş:




?>