')

Bu gün:


FutbolPress.Az | OLİMPİADA: BİR QƏLƏBƏ, BİR HEÇ-HEÇƏ

OLİMPİADA: BİR QƏLƏBƏ, BİR HEÇ-HEÇƏ


oxunma sayı: 228 Paylaş:

Xantı-Mansiyskda keçirilən Dünya Olimpiadasında bu gün VIII turun oyunları keçirilib.
Ötən gün ermənilərə qalib gələn kişilərdən ibarət "kvartetimiz" bu gün Macarıstanla qarşılaşıb və heç-heçə edib. Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov rəqibləri ilə xalları yarı bölüb. Teymur Rəcəbov rəqibinə qalib gəlsə də, Qədir Hüseynovun məğlubiyyəti yığmanın qələbəsini əngəlləyib.
Ötən tur Yunanıstanı məğlub edən qadınlardan ibarət milli komanda bu dəfə Ekvadoru mat qoyub.

Xantı-Mansiysk
Şahmat Olimpiadası
VIII tur

Kişilər
Macarıstan - Azərbaycan 1 2:2

Peter Leko (2724) - Şəhriyar Məmmədyarov (2756) 0,5:0,5
Zoltan Almasi (2707) - Teymur Rəcəbov (2748) 0:1
Yudit Polqar (2682) - Rauf Məmmədov (2660) 0,5:0,5
Ksaba Balog (2608) - Qədir Hüseynov (2611) 1:0

Qadınlar
Ekvador - Azərbaycan 0,5:3,5

Marta Fyerro (2368) - Zeynəb Məmmədyarova (2234) 0:1
Rosio Vasquez (2227) - Türkan Məmmədyarova (2301) 0:1
Evelin Monkayo (2127) - Gülnar Məmmədova (2293) 0,5:0,5
Abiqail Romero (2058) - Nərgiz Umudova (2251) 0:1


oxunma sayı: 228 | Paylaş:




?>