')

Bu gün:


FutbolPress.Az | ELXAN MƏMMƏDOV ÜÇÜN YUMŞAQ TUALET KAĞIZI (YAZI)

ELXAN MƏMMƏDOV ÜÇÜN YUMŞAQ TUALET KAĞIZI (YAZI)


oxunma sayı: 1649 Paylaş:

Utanmasan oynamağa nə var

Bu gün elə dövrdü ki, kimin əli kimin cibindədi, bilinmir. Kişi və nakişi arasındakı xətt də tapdanıb. Bir də kişi və nakişi arasında, nə bilim nəyə oxşar məxluqatlar var ki, onları da yəqin Yaradan hansısa məqsədçün yaradıb. Ona görə tək Yuxarıdakı bilir ki, kim hansı əməlin, niyyətin sahibidi, o da ölçüsünü götürür...

Yerdə isə  biz bəndələr bəzi ölçüləri götürməliyik. Ümumiyyətlə, beşgünlük dünyada insan ən çox ölçü götürməyə vaxt sərf edir. Yaşamağın ölçüsü: 1985 - .... və ölməyin ölçüsü: sirr qalsın.

AFFA baş katibi Elxan Məmmədov öz həyatını rus dilində ölçüb, azərbaycan dilində biçəndi... Heç vaxt natamamlıq kompleksindən qurtula bilməyəcək. Hərdən fikirləşirəm, çox yazıq bəndədi. Rövnəq Abdullayev olanda yeddi rəng alır siması, üzündə qorxu, həyəcan, üst-baş batırma əlamətləri aşkar görünür. Elxan Məmmədovla mənim aramda fərq budu, çünki mən o vəziyyətə düşəcək həyat yaşamaram.

O gün bir yazımda oxucuların da xəbəri oldu ki, PFL-ə prezident seçkilərindən sonrakı mətbuat konfransında yenə Elxan Məmmədovla aramızda mübahisə düşüb. 

Videogörüntülərdə baxanlar bildi ki, sualım Rövnəq Abdullayevə idi, dedim, niyə müstəqil portal və qəzetlər səfərə aparılmır millinin oyunlarında. Orda Elxan Məmmədov və Mikayıl Nərimanoğlu dedilər, müraciət edin, bannerlərimizi barter edək, aparaq, heç bir problem yoxdu. Həyatı kölə kimi yaşayan, qorxu içində qovrulan elxankimilər ömür boyu anlamayacaq ki, o səfər  mənim məqsədim deyildi, mən bir tərəfə atılan və sayılmayan layiqli müstəqil idman KİV-lərini nəzərdə tuturdum. Ancaq burda bir haşiyə də çıxım, gərək adam öz adına danışa, başqalarını düşünüb, onları müdafiə edən nəsə elədinsə, nəsə dedinsə, gərək layiq olançün edəsən...

Əlqərəz, Rövnəq Abdullayevə gücbəlayla fikrimi çatdıra bildim ki, istəmirəm, səfərə getmək demirdim, səhv başa düşdüz məni... Çünki düşüncələri budu...

Orda guya məni tanımadığını deyən Elxan Məmmədov dərhal sözünü dəyişib saytımızın adını da çəkdi, mənim də. Neçə dəfələrlə telefonuna zəng edib açıqlama almaq istədiyimizdə, hansısa hadisəyə rəsmi münasibət istədiyimizdə, "Mən indi sizi yığıram" deyib, aradan qaçıb. Heç vaxt açıqlama və müsahibə verməyib onu və ya AFFA-nı tənqid edən KİV-ə. 

Deyir, guya Mikayıl Nərimanoğlu ona deyib ki, Elxan, əzizim, o jurnalist o vaxt mətbuat konfransında Berti Foqtsa tualet kağızı verəndi də, tanımırsızmı. Guya onda tanıyıb. Və deyib ki, onda biz o jurnalisti niyə aparmalıyıq səfərə...

Əvvəlcə gəlin Mikayıl Nərimanoğlunun təqdimatına fikir verək. Ömrünün bu vaxtında torba tikməklə arsızlıq nümayiş etdirən, min cür utandırcı əməllərə sahib olduğunu bildiyim bu şəxs görün məni necə təqdim edir. Tualet kağızı... (Bizim Aftafa aksiyamızı nəzərdə tutur). O, heç vaxt deməz, Elxan, əzizim, bu uşaqlar bütün gün stadionlarda, komandaların məşqlərində, orda-burda iş başındadılar, redaksiyada oturub, telefonla almırlar məlumatları. Deməz... O, ancaq tualet kağızını yada salmalıydı. Çünki o aksiya onlara od qoymuşdu. Avropa mediasına çıxan bu flaş-mob onlar tərəfdən böyük cəhdlərə baxmayaraq başqa cür təqdim olunmadı, biz informasiya mübarizəsində də qalib gəldik, hadisəni olduğu kimi "Marca", "Sun", "El Paso" və digər ünlü nəşrlərə çıxara bildik. Mikayıl əkənin səviyyəsi ancaq bu cür təqdimata çatardı. 

Onun səviyyəsi odu, bəs Elxan Məmmədov? O nə sözdü - mən millinin oyunlarına onu niyə aparmalıyam...

Millinin oyunlarına niyə aparırsız? Susmağa. Biabırçılıqları yazmamağa. AFFA-dakı yeyintiləri yazmamağa. Hər şeyin şəffaf və inkişafda olduğunu goplamağa. Demək, siz apardız-aparmadız, bu şərtlərlə səfər gedən olmayacaq bizlərdən.

Sadəcə, sizin məsələyə baxışınızda despot təfəkkür var və təəssüf ki, nə bu yazıyla sizə təsir olacaq, nə də siz heç vaxt bu reallıqları dərk etməyəcəksiz. Sizə bircə şey nəsib olsun: heç olmasa bir dəfə azad, müstəqil ola biləsiz. Qorxa-qorxa yaşamayasız həyatı. Sifətiniz həyəcandan min rəng almasın. Tualet kağızı sizi gözləyir...

Elçin CƏLİLOV


oxunma sayı: 1649 | Paylaş:




?>