')

Bu gün:


FutbolPress.Az | "AZƏRREYL" VƏ "LOKOMOTİV" ÇEXİYADA NƏ EDİR?

"AZƏRREYL" VƏ "LOKOMOTİV" ÇEXİYADA NƏ EDİR?


oxunma sayı: 239 Paylaş:

"Çelenc Cup"a hazırlıq məqsədiylə Çexiyada təlim-məşq toplanışına yollanan Bakının "Azərreyl" və "Lokomotiv" klubları beynəlxalq turnirdə yarışıblar. Preşov şəhərində hazırlaşan klublarımız burada 3 yerli komandanın iştirakı ilə təşkil edilən "Zubr Cup"da güclərini yoxlayıblar.

Çexiyanın "Slaviya Praqa", "Fridek-Mistek" və "Preşov" komandaları ilə mübarizə aparan voleybolçularımız bütün görüşlərini qələbə ilə başa vurublar. Sonda 6 xal toplayan "Azərreyl" və "Lokomotiv" "Zubr Cup" ilk 2 pilləsini tutublar.

Azərreyl - Fridek-Mistek -    3:1
Lokomotiv - Slaviya Praqa - 3:2
Slaviya Praqa - Azərreyl -    1:3
Fridek-Mistek - Lokomotiv - 1:3
Preşov - Azərreyl -              0:3
Lokomotiv - Preşov -            3:0


oxunma sayı: 239 | Paylaş:




?>