')

Bu gün:


FutbolPress.Az | RÖVNƏQ ABDULLAYEV  YAXŞIDI, ƏTRAFI PİSDİ (?)  (VİDEO)

RÖVNƏQ ABDULLAYEV  YAXŞIDI, ƏTRAFI PİSDİ (?) (VİDEO)


oxunma sayı: 1722 Paylaş:

Fantastika! UEFA Superkubok matçının nüfuzsuz olduğunu deyən ilk prezident

İlk dəfəydi Rövnəq Abdullayevin mətbuat konfransında iştirak edirdim, ilk dəfəydi bu qədər sual verirdim və ilk dəfəydi bu qədər AFtaFA-lıq görürdüm.

Rövnəq Abdullayev deyir ki, Çempionar Liqası və Avropa Liqasının qalibi arasında keçirilən Superkubok matçı öz nüfuzunu itirib, ona görə bizə təklif edəndə, istəmədik, Tbilisi götürdü.

Rüsvayçılıqdı bu.

Soruşuram, Abdullayev, məgər 17 yaşadək qızlar arasında dünya çempionatı superkubok matçından nüfuzludu. Deyir əlbəttə. Bu çempionatdı, neçə gün gedir, ancaq superkubok bircə dənə matçdı, nədi ki o...

Buna nə ad verəsən.

FIFA-nın yarış cədvəlindən ən sonuncu yerdə olan qadınların çempionatı Superkubok matçından önəmli imiş... Cenifer Lopezi gətirin.

Elxan Məmmədov yenə Rövnəq Abdullayevi aldadıb, inandırıb. Ancaq siz elə bilirsiz biz onlara həqiqətləri dedikcə onlar nəsə qəbul etdilərmi, anladılarmı. Xeyr, heç bir qram da... 

Siz bu videoda  sual-cavaba diqqətlə baxın, belə futbol rəhbəri olarmı... Orda bir sual verirəm ki, niyə Elxan Məmmədov millinin oyunlarına konkret 1-2 sayt aparır, qalanlarını aparmır. Bu ayrıseçkilikdi, bizi informasiya senzurasına məruz qoymaqdı, reallıqdan xəbərimiz olmur. Abdullayev deyir ki, AFFA jurnalist aparmağa məcbur deyil... Məcbur deyilsizsə, onda niyə Mikayıl Nərimanoğlu deyir ki, siyahımız var, biz il ərzində millinin oyunlarına 56 jurnalist aparmışıq. Mən orda bildirirəm ki, axı idman mediasında toplam heç 56 jurnalist yoxdu, kimdi onlar, səfərə apardıqlarınızı nə cür, hansı prinsiplə seçirsiz. Araya hay-küy salır, qoymur fikrimi axıra çatdırım. Arada da deyir ki, biz reytinqə görə seçirik - azerisport.com və apasport.az bir nömrədi. Bu adam həmişə ortaya nifaq salmaq məqsədi güdür...

Mənim sualımda məqsəd niyə məhz bu saytları aparırsız deyildi, bunlar əla bilirdilər bunu, o saytlar səfərə aparılmağı bu və başqa yolla haqq edirlər, sözüm yox. Mən soruşurdum ki, nədən müstəqil yönümlü və sözünü demiş portallar millinin səfərlərinə aparılmır. Adam deyir, reytinq... Hansı cihazla, hansı vasitəylə ölçürsüz reytinqi, Elxan Məmnmədov, Mikayıl Nərimanoğlu? Siz reytinq söhbəti edirsizsə, onda, məsələn,  futbolpress.az, fanat.az mütləq həmin səfərlərə dəvət olunmalıydı. Olunmayıbsa, əvəzində dediyiniz o 56 nəfərlik siyahını izah edin, onlar hansı reytinqə görə gedib, kimlərdi, hardan çıxdılar...

 Mikayıl Nərimanoğlu yaxşı bilir ki, bizim xəbərimiz var, o, jurnalistləri hansı prinsiplə səfərə yazır. Sizin o prinsipləri qəbul etməyəcəyik. Bu gün də yenə dediz, gəlin banner anlaşması edək, "barter edək" (Nəyi?)...

Sizin banner anlaşmanız saxtakarlıq metodikasıdı, mən və mənim kimi neçə həmkarım var ki, onlar vicdanını vitrinə qoymayıb ki, bir bannerə ərisinlər. Mənim sual verməkdə məqsədim özümü millinin səfərlərinə saldırmaq deyildi,  müstəqil medianın adından verilmişdi o sual. Məndən əvvəl Emin Abbasov, Gündüz Abbaszadəni keçən konfranslarda necə "yola vermişdizsə" bu dəfə də elə oldu.

Özündən əmin olan qurum rəhbəri müstəqil jurnalistin qarşısını almaz. Mənim bir sualım qaldı, verə bilmədim. Deyəcəkdim, Abdullayev, əgər mediaya qayğıdan danışırsızsa, onda ötən il niyə məni 2 dəfə millinin Bakıdakı oyununda əlimi burub konfransdan çıxartdı sizin SOCAR-ın qoçuları? Niyə Əli Sahibə konkret qadağa qoyuldu konfransa girmək. Bizim futbolda hakimiyyət zorla leqallaşdırılan çirkli pulların üzərində qurulub... O zamana qədər ki, sizin və klubları himayə edən oliqarxlardan  hesabat tələb olunamayacaq, bazar davam edəcək. Hesabat tələb olunmursa, bəli, yalandan deyin ki, bu il 30 milyon xərcləndi AFFA məsrəfləri üçün. 30 milyon xərclənib? Onda 4 milyon xərcləyən Gürcüstan qədər niyə nəticə göstərə bilmirsiz. Cəmi 3 milyon büdcəsi olan Ermənistan futboluna baxın. 

Sizin banneriniz puldu, pulunuz da "Bizim istədiyimiz şeyləri yaz" deməkdi. Əgər Rövnəq Abdullayev də deyirsə, ay qaqa, get Mikayılnan danış, bannerivi götür; deməli, hər şey məlumdu.  

Bu konfrans Ramin Musayevin PFL-in prezidenti postuna namizədsiz seçkisindən sonra düzənlənmişdi. O Musayev ki, o da baxıb, uzaq başı gülüşür, başqa heç nə edə, deyə bilmir. Onda niyə gülür. Nəyə gülürsüz, Musayev? Çox gülməlidi, eləmi...

Rövnəq Abdullayevə reallığı balaca da olsa anlada biləcəyimizi ümid edirdik, ancaq bir az da bərbad oldu hər şey... Ən yaxşısı qavalamaqdı. Bunlardan "Nağayrax, deyirsiz qavaliyax?"dan başqa maraqlı söhbət çıxmır...



oxunma sayı: 1722 | Paylaş:




?>