')

Bu gün:


FutbolPress.Az | "FUTBOLPRESS"İN AVRO-2012 SORĞUSU (HESABAT)

"FUTBOLPRESS"İN AVRO-2012 SORĞUSU (HESABAT)


oxunma sayı: 512 Paylaş:

Ukrayna və Polşanın təşkilatçılığı keçirilən AVRO-2012 başa çatdı. İspaniya İtaliyanı yenib, çempion oldu. FutbolPress.Az saytı olaraq qitə çempionatına ölkəmizdə də böyük maraq olduğunu nəzərə alıb, turnirin son yarımfinalçısı (İngiltərə - İtaliya - 0:0, penaltilərlə -2:4) müəyyənləşməmişdən öncə finalda hansı komandaların görüşəcəyini və hansı kollektivin çempion olacağı ilə bağlı ictimaiyyətin fikrini öyrənmişdik. Sorğuda iştirak edən şəxslərin proqnozları ilə burada tanış ola bilərsiz - http://www.futbolpress.az/az/news-details/17883/.

Maraqlısı onda idi ki, sorğuda fikir bildirənlərin əksəriyyəti finalda Almaniya - İspaniya duelini görürdülər. Və ən əsası bu iki əsas favoritdən Bundestimin çempion olacağına inananlar çoxluq təşkil edirdi. Ancaq Almaniya yarımfinalda İtaliyaya uduzaraq ümidləri heç etdi.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "Xəzər" TV-nin idman şöbəsinin əməkdaşı Emin Abbasov və "UltraNeftçi" və "UltrAslan-Azərbaycan" fan klublarının rəhbəri Ceyhun Əzizli İspaniyanın almanlar üzərində qələbə qazanaraq kuboka sahib çıxacağını proqnoz vermişdilər. Musayev daha dəqiq ehtimalını bildirmişdi və bu doğru çıxdı - Almaniya finala çıxmayacaq.

Son illərdə belə mötəbər turnirlərdə çətinliklə mərhlələ adlayan İtaliyanın finala kimi irəliləyəcəyini çoxları gözləmirdi. Hələ 1/4 finalda italyanların İngiltərəyə məğlub olaraq mübarizəni dayandıracağını düşünənlər var idi.

Sorğu iştirakçılarından sadəcə "Xəzər Lənkəran"ın keçmiş vitse-prezidenti, "Fırtına" fan klubunun rəhbəri Rəvan Bəşirov İtaliyanın həlledici matçda İspaniya ilə oynayacağını və çempion olacağını demişdi. Amma oyun tam əksini göstərdi.

Qarşılaşma son 2 dünya çempionunun dueli kimi diqqət çəkirdi. AVRO-2012-də 2-ci dəfə üz-üzə gələn rəqiblər C qrupundakı ilk turun oyununda münasibətlərini ayırd etmişdi. Həmin vaxt matç bərabərliklə bitmişdi - 1:1.

24 günlük marafonun sonunda sevinən İspaniya oldu. Son dünya çempionu ardıcıl 3-cü titulunu qazanmaqla rekorda imza atdı. Dünya futbolu tarixinə düşən pireneylilər həm də ardıcıl 2 dəfə Avropa çempionu olan ilk və yeganə komanda adına sahib çıxdı.


oxunma sayı: 512 | Paylaş:




?>