')

Bu gün:


FutbolPress.Az | ONLARIN FAVORİTİ KİMDİ? (SORĞU)

ONLARIN FAVORİTİ KİMDİ? (SORĞU)


oxunma sayı: 1053 Paylaş:

Ukrayna və Polşanın təşkilatçılığı ilə keçirilən Avropa çempionatı başa çatmaq üzrədi. Bu gecə oynanılacaq İngiltərə - İtaliya matçından sonra AVRO-2012-nin son yarımfinalçısı da müəyyənləşəcək. Çütün qalibi növbəti mərhələdə Almaniya ilə üz-üzə gələcək.

Digər yarımfinal çütlüyü isə 2 gün öncə məlum olub. İspaniya və Portuqaliya milliləri finala kimin çıxacağına qərar verəcəklər.

Bütün dünyanın diqqətinin yönəldiyi qitə çempionatına Azərbaycanda da marağın böyük olduğunu nəzərə alıb, finalda hansı komandaların görüşəcəyini və hansı kollektivin çempion olacağı ilə bağlı ictimaiyyətin fikrini öyrəndik.

Tanınmış vəkil Xalid Bağırov: "İspaniya və Almaniya finalı olacaq. Məncə, İspaniya fubol ekolu bitmək üzrədi. Gənc Almaniya yığması ilə birlikdə yeni futbol ekolu yaranmaqdadı".

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev: "Proqnoz verməyi bacarmıram. Mən İspaniya və Portuqaliya millilərinin oyununu xoşlayıram. Təəssüf ki, sevdiyim komandalar yarımfinalda üz-üzə gələcək. Bu, heç ürəkaçan olmadı. Turnir başlamamışdan öncə demişdim ki, İspaniyanı finalda və çempion görürəm. Almaniyanın finala çıxacağına inanmıram".

"Planet parni iz Baku" KVN komandasının sabiq aparıcı üzvü, aktyor Bəhram Bağırzadə: "Düşünürəm ki, finalda Almaniya və İspaniya kollektivləri üz-üzə gələcək və almanlar 1:0 hesabı ilə qələbəni bayram edəcəklər".

Əməkdar artist Kazım Abdullayev: "Mənə elə gəlir ki, finalda Almaniya İspaniyanı məğlub edib, Avropa çempionatının kubokuna sahib çıxacaq".

Müsavat Partiyasının başqanı İsa Qəmbər: "Düşünürəm Almaniya və İspaniya finalda oynayacaq. Almaniyanı çempion görürəm".

Millət vəkili Adil Əliyev: "İlk gündən demişəm ki, qitə çempionatının finalında Almaniya və İspaniya milliləri üz-üzə gələcək və almanlar 2:1 hesablı qələbə qazanaraq çempion olacaqlar".

"Xəzər" TV-nin idman şöbəsinin əməkdaşı Emin Abbasov: "Məncə, həlledici matçda Almaniya - İspaniya dueli olacaq. İspanlar 1:0 hesabı ilə qələbə qazanacaq".

Fanat.az saytının baş redaktoru Əli Sahib: "Finalda Almaniya və İspaniyanı görürəm. Almanlar 2:1 hesabı ilə görüşdən qalib ayrılacaq. Ancaq İtaliyanı da hesabdan silmək olmaz. Çünki onlar olan yerdə proqnoz vermək çətindi. Bu gecə İtaliyanın İngiltərəni udacağına da inanıram".

Azerifootball.com idman portalının baş redaktoru Erkin İbrahimov: "Almaniya - İspaniya finalını düşünürəm. Bu dueldən almanların qalib ayrılacağı daha realdı".

"Komanda" qəzetinin baş redaktoru Natiq Muxtarlı: "Mənim fikrimcə, finalda Almaniya ilə İspaniya qarşılaşacaq. Düşünürəm ki, hesab 1:0 almanların xeyrinə olacaq".

"Xəzər Lənkəran"ın keçmiş vitse-prezidenti, "Fırtına" fan klubunun rəhbəri Rəvan Bəşirov: "Mən İtaliya millisinə azarkeşlik edirəm. Düzdü, sevimli komandam həmişə belə mötəbər turnirlərdə çətinliklə irəliləyir. Ancaq yenə də finala çıxacağına inanıram. Məncə, həlledici matçda da İspaniyanı məğlub edib, çempion olacaq".

"UltraNeftçi" və "UltrAslan-Azərbaycan" fan klublarının rəhbəri Ceyhun Əzizli: "Finalda İspaniya Almaniya ilə görüşəcək və qələbə qazanıb, çempion olacaq".


oxunma sayı: 1053 | Paylaş:




?>