')

Bu gün:


FutbolPress.Az | TUYQUN NADİROV : HAKİMLƏR KOMİTƏSİNİN BU BİABIRÇILIĞI HƏLL EDƏCƏYİNƏ İNANMIRAM

TUYQUN NADİROV: HAKİMLƏR KOMİTƏSİNİN BU BİABIRÇILIĞI HƏLL EDƏCƏYİNƏ İNANMIRAM


oxunma sayı: 418 Paylaş:

"Xəzər Lənkəran"ın vitse-prezidenti HK-ni sərt ittiham etdi

Premyer Liqanın VI turunun "Muğan" - "Xəzər Lənkəran" matçını idarə edən Anar Salmanovun qərəzli idarəçiliyi haqda yazılanlar, müzakirələr səngimək bilmir. Bir çox mütəxəssislər, eləcə də dünən gecə "Futbol saat"ı verilişində təcrübəli hakim Babək Quliyev Salmanovun həmin oyunda nöqsanlarının olduğunu dedi. Bütün bunlara baxmayaraq, Hakimlər Komitəsi məsələylə bağlı hələ ölçü götürməyib. Komitə sədri Xaqani Məmmədov isə həmişəki kimi, belə vəziyyətlərdə səlahiyyətlərinin nədən ibarət olduğunu "unudur".
Bizə çatan məlumata görə HK sədri PFL prezidenti Ramin Musayevlə bu haqda ikilikdə danışıblar. Musayev məsələni "yoluna qoyacağını" Məmmədova bildirib və bundan sonra bir daha belə qalmaqal istəmədiyini xatırladıb.
Bəs "Xəzər Lənkəran" tərəfi nə düşünür? Aşkar hakim haqsızlığına məruz qalan klubun vitse-prezidenti Tuyqun Nadirov bunları dedi: "Nə yaxşı ki, oyun televiziyadan yayımlandı. Yoxsa heç kimə sübut edə bilməyəcəkdik ki, Anar Salmanov komandanı bilərəkdən xaldan məhrum etdi. Biz oyunun videoyazısının da yayımını təşkil etdik. Hamı bir daha gördü ki, bizə qarşı hakim qərəzi var idi. Bilirsiz, anlaşılmaz durumdu, əgər Xaqani Məmmədov bu qədər hakim qüsurlarının öhdəsindən gələ bilmirsə, problemlərin öhdəsindən gəlməyi bacarmırsa, onda niyə qalıb bu vəzifədə?! Axı "Xəzər Lənkəran"a qarşı hakim haqsızlığının üstündən heç yarım il keçməyib. Əfqan Həmzəyev ötən mövsümdəki oyunda yol verdiyi nöqsanlara görə layiqli cəzasını almır, bizdən başqa bir neçə klub hələ də hakim qərəzindən şikayətlənir. Bəs bu qədər narazılığın məsuliyyətini kim daşımalıdı? Əgər bacarmırlarsa, çıxıb getsinlər, qoy bu işi bilən gəlsin vəzifəyə".

Nadirov HK-nin problemi həll etmək iradəsində olmadığını düşünür: "Biz tələbimizdə haqlıyıq və haqqımızı istəyəcəyik. Ancaq Hakimlər Komitəsinin bu biabırçıləığı həll edəcəyinə inanmıram".


oxunma sayı: 418 | Paylaş:




?>