')

Bu gün:


FutbolPress.Az | "RAMİZ MƏMMƏDOVLA MƏN OLSAYDIM, "QƏBƏLƏ" BU VƏZİYYƏTDƏ OLMAZDI"

"RAMİZ MƏMMƏDOVLA MƏN OLSAYDIM, "QƏBƏLƏ" BU VƏZİYYƏTDƏ OLMAZDI"


oxunma sayı: 379 Paylaş:

Toni Adamsın "Qəbələ"yə baş məşqçi təyin olunmasından sonra çoxları komandadan baxımlı oyun və yaxşi nəticələr gözləyirdi. Ancaq Premyer Liqanın geridə qalan son altı turu bunu deməyə imkan vermir. Dörd məğlubiyyət, bir heç-heçə və bir qələbə. Doğurdan da Qəbələ təmsilçisi heç də ürəkaçan oyun nümayiş etdirmir. Komandanın bu ilki göstəriciləri azarkeşləri olduğu kimi, vaxtı ilə klubun məşqçilər korpusunda çalışmış Vidadi Rzayevi də razı salmır.

- Ötən mövsüm "Qəbələ"də köməkçi məşqçi vəzifəsində işləyirdiz. Toni Adamsın gəlişindən sonra komanda ilə yollarını ayırmalı oldunuz. Necə düşünürsüz, rəhbərlik niyə sizi vəzifədə saxlamadı?

- Bu, klub rəhbərliyinin biləcəyi məsələdir. Bu barədə nəsə deyə bilmərəm. Bəlkə də rəhbərlik Ramiz Məmmədovla mənim işimdən razı qalmadığı üçün belə bir addım atdı.

- Yəqin ki, hazırda "Qəbələ"də yaradılmış şəraitdən xəbəriniz var. Ancaq belə bir şəraitin olmasına baxmayaraq, komanda heç də inamlı təsir bağışlamır. Bunu necə dəyərləndirirsiz?

- Toni Adamsın gəlişindən sonra komandada bəzi dəyişikliklər oldu. Heyətə yeni oyunçular cəlb olundu. Yəqin, hələ komandaya uyğunlaşa bilmirlər. Buna görədir ki, "Qəbələ" ondan gözlənilən oyunu göstərə bilmir. Yenə də belə bir şəraitdə komandanın zəif çıxışını mən də başa düşə bilmirəm. Bəlkə də Toni Adamsın planları gələcəyə hesablanıb.

- Əgər bu gün komandaya Toni Adams yox, siz başçılıq etsəydiz, nə kimi dəyişikliklər olardı?

- Mən Nostradamus deyiləm ki, əvvəlcədən bu barədə proqnoz verim. Amma hər halda bu gün komandanın sükanı arxasında Toni Adamsın yerinə Ramiz Məmmədovla mən olsaydım, "Qəbələ" bu vəziyyətdə olmazdı.

- "Qəbələ"dən təklif gəlsə, qayıdarsız?

- Bu sualı mənə yox, Ramiz Məmmədova vermək lazımdır. çünki əsas çalışdırıcı o idi. Mən isə onun köməkçisi idim. Əvvəlcə onu deyim ki, "Qəbələ"dən mənə yeni təklif gələcəyinə inanmıram. Amma əgər gəlsə, oturub düşünərəm.

Mənbə: sportal.az


oxunma sayı: 379 | Paylaş:




?>