')

Bu gün:


FutbolPress.Az | VI TURUN KOMANDASI : "NEFTÇİ"

VI TURUN KOMANDASI: "NEFTÇİ"


oxunma sayı: 345 Paylaş:

"Xəzər Lənkəran" və "Bakı" xallı səfərdən itgiylə qayıtdı

Bu gün Premyer Liqanın VI turu başladı. Turnir cədvəlinin iki lideri "Neftçi" və "Xəzər Lənkəran" ilk oyun günündə səfər qarşılaşmasına çıxıblar. Cənub təmsilçisi "Muğan"la oyunda xal itgisinə məruz qalıb. Komanda Salyan səfərindən narazı qayıdıb. Belə ki, klub rəhbərliyi və baş məşqçi Mirça Rednik hakim Anar Salmanovun idarəçiliyindən şikayətlənib. FİFA dərəcəli və yeni nəslin perspektivli hakimlərindən sayılan Salmanov komandanın oyun sürətinə təsir edəcək qərarlar verməklə, tempi aşağı salmaqla "Xəzər Lənkəran"a mane olub - Mirça Rednik belə düşünür.
Qarşılaşmada qol vurulmayıb və bu "Neftçi"nin xeyrinə olub. Belə ki, paytaxt təmsilçisi MOİK-ə heç bir şans verməyib. Komandanın özbəkistanlı "qol maşını" Bahodir Nasimovun dubl etdiyi matç 5-ci "quru" qələbəni gətirib.
Gəncədə "Gəncə" "Turan"la "Qərb derbisi"ndən sülhlə ayrılıb - 1:1. Bu, mövsümün startından eyni hesabla nəticələnən (1:1) "Gəncə"nin ardıcıl 5-ci heç-heçəsidi.
-------------            --------------            --------------               --------------

Bu gün keçirilən daha 3 qarşılaşmayla Premyer Liqanın VI turuna yekun vuruldu. Turun mərkəzi matçı kimi dəyrləndirilən "Qarabağ" - AZAL oyununda qol vurulmadı. Qurbanovun komandası enişin qarşısını ala bilmir. "Bakı" isə təcrübəcə özündən qat-qat aşağı olan "Simurq"la səfər matçında xal itirib - 1:1. Liderlər qrupunda yerləşənlər arasında yalnız "İnter" xal itirməyib. "Bankirlər" səfərdə "Qəbələ"ni 1 cavabsız qolla məğlub ediblər.

19 sentyabr
VI Tur

"Qəbələ" - "İnter" - 0:1
Baş hakim:
Elnur Muradov
Sarı vərəqə: Qoqa Beraya, 82 // Robertas Poşkus, 82; Dmitri Kramarenko, 88
Qollar: Rövşən Əmiraslanov, 35

"Simurq" - "Bakı" - 1:1
Baş hakim:
Əfqan Həmzəyev
Sarı vərəqələr: Qərib İbrahimov, 65; Rasim Ramaldanov, 79; Mikayıl Rəhimov, 83 // Vadim Borets, 37; Aleksandr Soliç, 85
Qollar: Baçana Sxadadze, 34 // Vyaçeslav Sofroni, 77

"Qarabağ" - AZAL - 0:0
Baş hakim:
Rövşən Əhmədov
Sarı vərəqələr: Vüqar Nadirov, 37; Rəşad Sadiqov, 39 // Elvin Əliyev, 48

18 sentyabr

"Gəncə" - "Turan" - 1:1
Qollar:
İbrahim Hüseynov, 86 // Şalva Pirtsxalava, 63 (p.)
Baş hakim: Vüsal Əliyev
Sarı vərəqələr: Edis Kurtanoviç, 62; Zura Dzamsaşvili, 65; Ramal Hüseynov, 73 // Vurğun Hüseynov, 7; Romuald Onana, 67; 80
Qırmızı vərəqə: Romuald Onana, 80

"Muğan" - "Xəzər Lənkəran" - 0:0
Baş hakim: Anar Salmanov
Sarı vərəqələr: Miloş Zeçeviç, 21; Ekrem Hodziç, 38 // Stelian Stanku, 6; Uinston Parks, 20; Dieqo Ruiz, 50; Rahid Əmirquliyev, 76; Kristian Kabral, 79; Emeka Opara, 90+2

MOİK - "Neftçi" - 0:4
Qollar:
Fərid Quliyev, 24; Bahodir Nasimov, 64; 70; Cavid Hüseynov, 90+1
Baş hakim: Ceyhun Haşımov
Sarı vərəqələr: Amiran Qventsadze, 35

1

"Neftçi"

6

5

1

0

14-1

16

2

"Xəzər Lənkəran"

6

4

2

0

7-0

14

3

"İnter"

6

4

1

1

6-2

13

4

AZAL

6

3

2

1

7-5

11

5

"Muğan"

6

1

3

2

5-6

6

6

"Qarabağ"

4

1

2

1

2-2

5

7

"Bakı"

5

1

2

2

6-7

5

8

"Gəncə"

5

0

5

0

5-5

5

9

"Qəbələ"

6

1

1

4

2-6

4

10

MOİK

6

1

1

4

3-11

4

11

"Turan"

6

0

3

3

4-9

3

12

"Simurq"

6

0

3

3

5-12

3


oxunma sayı: 345 | Paylaş:




?>