')

Bu gün:


FutbolPress.Az | NÖVBƏTİ BERTİ FOQTS YALANI...

NÖVBƏTİ BERTİ FOQTS YALANI...


oxunma sayı: 487 Paylaş:

Elxan Məmmədovun yeni - "sabunlanma" kampaniyası

Berti Foqts haqda yeni informasiya yayılıb. Xəbəri yayımlayan elektron KİV-lər iddia edir ki, Premyer-Liqa iştitrakçısı "Vest-Hem" Berti Foqtsu sükanı arxasında görmək istəyir.

İnformasiyanın yayılma arealı məlum edir ki, bu, Elxan Məmmədovun növbəti "strateqliyidi". Özünə yaxın mətbuatla Foqtsun alçalmaqda olan nüfuzunu, dəyərini qaldırmaq istəyir - amandı, Foqtsu İngiltərədən istəyirlər, biz isə onun rədd olub getməsini istəyirik.

Yoldaş Məmmədov, əks-PR kampaniyasına başlayanda bir az səliqəli, səriştəli işləmək lazımdı. Bunu heç olmasa əlaltınız olan KİV-lərə deyin... Belə absurd informasiya yaymaq oxucuya təhqirdi. Deyək ki, Foqtsun niyə məhz "Vest-Hem"ə gedişində məntiqi tapdıq (əgər məntiqdisə) - çünki klubun baş məşqçisi Avraam Qrant açıqlamalarında istefa vermək niyyətində olduğunu deyib, komanda yeni mövsümdə keçirdiyi 4 oyunun hamısında uduzub. Ancaq Foqtsun bu kluba gedəcəyi haqda dezinformasiyanı yayan ingilismi, yaxud qeyri-ingilis saytımı, qəzetimi - mənbəni göstərmək olmazdımı?

Təbii ki, London klubunun rəsmi saytı (www.whufc.com) bu cür informasiya yaymazdı və yaymayıb. Bəs hansı mətbu orqan yazıb bunu? Mənbə göstərilmədən yazılan xəbərin əsassız olduğunu deməyə ehtiyac yoxdu.

Yoldaş Məmmədov, Foqtsun dəyərini belə süni yollarla qaldırmaq fayda verməyəcək. Sizin "strateqliyiniz" də bundan artığını bacarmır, deyəsən. Sadəcə, yalan, boğazdan yuxarı rəsmilik və qeyri-peşəkarlıq... Siz bu ünsürlərin ətrafında dolaşırsız. AFFA isə prezident səviyyəsində futbolu bilməyən bir komadı. O komanın içində yalanlar yoğrulur, pula bükülüb kənara atılır. Pulun cazibəsinə aldanan aşağılanmışlar da bu haldan məmnundular, vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Ancaq vəziyyətin belə davamı Azərbaycan futbolunun pulunu, pulunun da futbolunu "yeməsinə" gətirib çıxaracaq. Nə qədər ki estafet sizdədi...

Yarıtmaz fəaliyyətiylə kifayətlənməyən Məmmədov daha mükəmməl yalanlar fikirləşir. 3 il ərzində bu qədər etimad, zaman və pulu xərcləyən Azərbaycan futbolunda heç nə dəyişməyib, yığma komanda da qırxayaq sifətinə düşüb. Foqts Almaniya oyunundan sonra bütün "depozitini" xərclədi, azarkeş artıq onu istəmir.

Belə bir vəziyyətdə AFFA baş katibliyinin vəzifəsinə, məgər, "Vest-Hem" və s. bu tip hoqqalarla küsmüş azarkeşə "sabunlanmaq" daxildi..? Hər fəsildə və ya millinin uğursuz oyunlarından sonra Foqts hansısa vest-hemə gedəsi olur... Bəli, istənilən hala düşüb insanları inandırmağa çalışarlar öz yalanlarına. Axı Foqts o 2 milyonu tək yemir. Və Foqtsu istefaya göndərmək ixtiyarı da artıq Məmmədovun əlində deyil. Çünki o bunun, bu da onunu "zibilini" bilir.

P.S. Elxan Məmmədov bilməlidi, milli komandanın son uğursuz oyunundan sonra jurnalistlərdə və futbol ictimaiyyətində yaranan narazılığın məsuliyyəti məhz onlardadı. Rəhbərlik səviyyəsində və ya Foqtsla birlikdə mətbuat önünə çıxıb prosesi müzakirəyə açmaq lazımdı(idi)...

E L Ç ! N


oxunma sayı: 487 | Paylaş:




?>