')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ"IN QUZANLI MÜƏMMASI...

"QARABAĞ"IN QUZANLI MÜƏMMASI...


oxunma sayı: 1522 Paylaş:

Əmrah Çəlikəl və "Qarabağ"la Qarabağa!" şüarı...

Üstündən çox ötməyib, ötən mövsüm... Həmişəki kimi "Qarabağ" QARABAĞ kimi təqdim olunmağa başlamışdı. Milli heysiyyat, qələbə (!?), qisas... Çünki klubun rəhbərliyi ev oyunlarını Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin stadionuna salmışdı.

Amma yenə zaman keçir və keçdikcə də sübut edir ki, bəzi şeylərə pafosla, duyğularla yanaşmaq yanlışdı. "Qarabağ" bir MMC tipli alətdi "Azərsun Holding"in əlində. Bu şirkətin rəhbərliyi ötən il məhz jurnalistlərin təklifiylə Quzanlıdakı stadiona köçməyi qərara almışdı. Hər şey yaxşılığa doğru gedirdi... Ancaq gördüyünüz kimi, yeni mövsümdən Quzanlı variantı yoxa çıxıb və məsələnin üstündən sükutla keçirlər.

Quzanlı stadionunun direktoru Vaqif Balakişiyevin narazılığının səbəbi maraqlıdı. O, "Qarabağ" rəhbərliyinin pulu daha çox düşündüyünü, Qarabağ adından xərclədikləri puldan qat-qat qazanc götürdüklərini deyir: "Əmrah Çəlikəl deyir ki, meydançanın durumu pisdi, oynamağa yararlı deyil. Ancaq elə deyil. Ot örtüyü keçən il necəydisə, indi də o vəziyyətdədi. İşçilər də həminki əziyyəti çəkir, stadiona baxır..."

 Premyer Liqanın ötən mövsümündə stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmadığını mətbuat da, başqaları da bilirdi, ancaq işin, niyyətin rifahı naminə məsələ ciddi qabardılmırdı. Çünki klubun icraçı direktoru Çəlikəl stadionla bağlı geniş planlarının olduğunu bildirirdi. Amma deyəsən, bu rəhbərliyə güzəştə getmək qoz-qozu oyununa çevrilir. Çəlikəlin stadionla bağlı gələcək niyyətləri belə inkişaf edib. Balakişiyev desin: "Stadionun tikildiyi torpaq bir az şoranlıqdı deyə, orada ot örtüyünün həmişə yaxşı vəziyyətdə olması mümkün deyil. Bunun üçün meşədən torpaq gətirilməli və yeni toxumlar səpilməlidir. Bu da bir az pul aparacaq - 40-50 min manat. "Qarabağ"ın rəhbərliyi meydançanın normal vəziyyətə gətiriləcəyinə və oturacaqların sayının 2000 mindən 3000-ə çatdırılacağına söz vermişdi. Ancaq bunlara əməl olunmadı və stadiondan imtina etdilər. Klub rəhbərliyi bununla Qarabağı futbolsuz qoydu. Bundan başqa, buradakı çalışanlar və digər işlərə görə illik təsminən, 60 min manat lazımdı. "Qarabağ" isə ötən mövsüm bu pulun yarısından da az məbləğ verdi. Tahir Gözəl yaxşı insandı. O istəyir ki, "Qarabağ" Ağdama qayıtsın, ancaq Əmrah Çəlikəldir buna hanssa mane olur. Özündən çox razıdı. Heç bizi saymırdı, bura gələndə heç kimlə salamlaşmırdı belə. Ötən il burdakı son oyundan sonra gecəylə gizli olaraq "Kamaz"ı stadiona sürüb qapıların torundan belə yığışdırıb apardılar. Soruşanda da dedilər ki, Əmrah bəy belə tapşırıq verib".

Balakişiyevin bu fikirlərinə reaksiya bildirməli olan Çəlikəlin dediyinə baxın: "Vaqif bəy çox şey deyə bilər, bu, onun fikridi. Mənim bu haqda nəsə demək niyyətim yoxdu".

Onda ittihamlara Abdulbari Gozal cavab verməlidi? Yoxsa Tahir Gozal? Çünki Çəlikəl bu boyda prosesi qulaqardına vurub heç nə demək istəmir və özünü çox rahat hiss edir.
"Qarabağ"ın Quzanlıya köçməsi nə mənim, nə Əlinin, nə də Pirvəlinin xeyrinə deyil, bu futbol uğrunda atılmış və İŞ TƏLƏB edən bir addım idi. PFL, AFFA bu addımı dəstəkləmişdi. Hətta PFL-in prezidenti Ramin Musayev lap irəli gedib, bunu siyasi bir addım kimi dəyərlənirmişdi.

"Qarabağ"ın rəhbərliyi isə Quzanlı köçündən kifayət qədər divident götürmüşdü. Təkcə bu adı himayə etdiyi üçün "Azərsun Holding"ə dövlət tərəfindən gələn dividentlərin şirkətin fəaliyyətinə nə qədər təkan verdiyini, dəstək olduğunu sadalamağa ehtiyac yoxdu. Ancaq Çəlikəl, "Qarabağ" naminə Qarabağa"" şüarı altında Quzanlıya köçməyi əcəb edir, çünki burda xeyrli şey var, amma stadionun ot örtüyü xərc tələb edir, bu sərf etmir, vecinə deyil, eləmi?
Bu ölkədə iş görəndə özündənrazı və saymazyana olmaq, mətbuatı heçə saymaq bu qədərmi asan olub Çəlikəl üçün?

Bəli, "Qarabağ" rəhbərliyinin məntiqi bir çox istiqamətlərdə özünü bu cür göstərir. Tahir Gozal və başqa Gozallar minbir şirin ifadələrlə "Qarabağ"lının könlünü ala bilər, necə ki edirlər, ancaq satın almaq yaxşı əlamət deyil. Ciddi layihələrdən danışan rəhbərlik hələ də danışdıqlarının heç birini həyata keçirməyib. Üstəlik, Çəlikəl açıqlama vermək əvəzinə kim nə danışır danışsın.. deyib, özünü Bağdadda kor xəlifə sanır.


oxunma sayı: 1522 | Paylaş:




?>