')

Bu gün:


FutbolPress.Az | YENƏ NASİMOV, YENƏ (ŞƏRİKLİ) ZİRVƏ

YENƏ NASİMOV, YENƏ (ŞƏRİKLİ) ZİRVƏ


oxunma sayı: 297 Paylaş:

"Neftçi"nin zəif nöqtəsi göründü...

İntensiv yağış "Neftçi"nin "Muğan"la V tur qarşılaşmasının təxirə salınmasına səbəb olmuşdu. Oyun bu gün keçirildi. Neftçilər bir gün əvvəl MOİK-i məğlub edib kürsünü ələ keçirən "Xəzər Lənkəran"ı zirvədən endirmək üçün Salyan təmsilçisini məğlub etməliydi.

Oyuna fəal başlayan Arif Əsədovun komandası 13-cü dəqiqəyə qədər 3 hücumun sonuncusunda penalti vurmaq hüququ qazandı. Hələ adaptasiya və s. olacağı gözlənilən supertransfer Emil Mpenzanın ötürməsindən sonra qapıçıyla təkbətək qalan Bahodir Nasimovun qarşısı kobudluqla alındı. Rəqib qapıçı "qol maşınının" qarşısını qaydalara uyğun kəsə bilmədi.

Özbəkistanlı legioner qazandığı penaltini özü qol çevirdi. Bu, oyunda yeganə qol oldu. Sonrakı dəqiqələrdə yay fasiləsinin ən uğurlu transferlərindən sayıla biləcək Flavinyonun yoxluğu hiss olunacaqdı.

"Muğan" rəqibin adından çəkinənə oxşamırdı. Komanda maksimum bacardığını etdi, sadəcə, iki heyət arasında təcrübə fərqi sözünü dedi. Salyan təmsilçisi müdafiədə və orta xəttə nələrsə etməyə çalışırdı, ancaq hücumda topu əldə saxlaya bilmirdi. Komanda buraxılan qoldan sonra davam edən təzyiqin qarşısında müdafiəyə çəkilmişdi. Elə bu dəqiqələrdə, meydançada ən yaxşılardan olan Flavinyo zədələndi. Onun yerinə Araz Abdullayev oyuna çıxdı.

Elə məhz bundan sonra "Neftçi"nin zəif nöqtəsi tədricən aşkarlandı. Belə ki, oyunun tempini dəyişmək, hücumçuları əlverişli ötürmələrlə təmin etmək müşkülə çevrildi. Ümumiyyətlə, fərdi ustalıqları nəzərə almasaq, Flavinyonun yoxluğunda flaqmanın oyununda son 2-3 oyunda müşahidə olunan üslub görünmədi.
Əsədov sonrakı dəqiqələrdə, yəqin ki, hücumların sayını artırmaq niyyətiylə Amit Quluzadəni meydana buraxsa da, o, istəniləni verə bilmədi. Üstəlik, bir real qol vəziyyətini də boşa verdi.

"Muğan" matçın sonuna yaxın üstünlüyü ələ almağa başlamışdı. Bunu "Neftçi"nin fiziki hazırlığında nöqsanların olması və ya komandanın müxtəlif üslublarının olmaması amiliylə də əlaqələndirmək olar.
Əgər ortabablardan sayılan bir komanda çempionluğa iddialı və heyəti kifayət qədər təcrübəli olan "Neftçi"ni "əsəbləşdirə" bilirsə, düşünmək lazımdı... Arif Əsədov dəyişiliklərə hazır olmalıdı.

Premyer Liqa
V turdan təxirə salınan oyun
14 sentyabr

"Neftçi" - "Muğan" - 1:0
Qol:
Bahodir Nasimov, 13 (p)
Baş hakim: Ramil Diniyev
Saat: 19:00
Tofiq Bəhramov adına Respublika stadionu

Sarı vərəqələr: İqor Mitreski, 26; Denis Silva, 33; Elmar Baxşıyev, 48; Bahodir Nasimov, 85// İrfan Feyziç, 12; Elnur Abdullayev, 20; Taqim Novruzov, 22; Ekrem Hodziç, 40

"Neftçi": Paulius Qribauskas, Rail Məlikov (k), Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Elmar Baxşıyev, Flavio Aleks Valensio (Araz Abdullayev, 37), Emil Mpenza (Fərid Quliyev, 55), Cavid Hüseynov (Amit Quluzadə, 70), Bahodir Nasimov, Alessandro Viana da Silva.

"Muğan": İrfan Feyziç, Miloş Zeçeviç, Taqim Novruzov (Saşko Pandev, 46), Elnur Abdullayev (k), Tural Axundov, Davit Svanadze, Vüsal Hüseynov (Elşən Məmmədov, 62), İliya Prodanoviç, Ekrem Hodziç, Anxel Qutyerres, Cavad Mirzəyev (Dan Pisla, 80).

1

"Neftçi"

5

4

1

0

10-1

13

2

"Xəzər Lənkəran"

5

4

1

0

7-0

13

3

"İnter"

5

3

1

1

5-2

10

4

AZAL

5

3

1

1

7-5

10

5

"Muğan"

5

1

2

2

5-6

5

6

"Bakı"

4

1

1

2

5-6

4

7

"Qarabağ"

3

1

1

1

2-2

4

8

"Gəncə"

4

0

4

0

4-4

4

9

"Qəbələ"

5

1

1

3

2-5

4

10

MOİK

5

1

1

3

3-7

4

11

"Turan"

5

0

2

3

3-8

2

12

"Simurq"

5

0

2

3

4-11

2


oxunma sayı: 297 | Paylaş:




?>