')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" VƏ MOİK CƏZALDNIRILDI

"XƏZƏR LƏNKƏRAN" VƏ MOİK CƏZALDNIRILDI


oxunma sayı: 210 Paylaş:

İntizam Komitəsi Premyer Liqasının V turunun "Xəzər Lənkəran" - MOİK matçında qayda pozuntularına hüquqi qiymət verib.. Matçın 72-ci dəqiqəsində MOİK-in futbolçusu Fərid Həşimzadə azarkeşlərin ünvanına qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur . Oyunun 72-ci dəqiqəsində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.

V turunun AZAL - "Simurq" matçında "Simurq"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Vüsal Qarayev oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

"Bakı" - "Gəncə" matçının 59-cu dəqiqəsində paytaxt klubunun futbolçusu İbrahim Karqbo əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. "Bakı" klubunun 29 №-li futbolçusu Əziz Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
"İnter" - "Qarabağ" matçının 29-cu dəqiqəsində "İnter" klubunun 6 №-li futbolçusu Murad İsgəndərli komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.


oxunma sayı: 210 | Paylaş:




?>