')

Bu gün:


FutbolPress.Az | ELXAN MƏMMƏDOV MEDALLA QAYITDI

ELXAN MƏMMƏDOV MEDALLA QAYITDI


oxunma sayı: 241 Paylaş:

Cüdo üzrə Azərbaycan yığması Yaponiyada keçirilən dünya çempionatında çıxışını başa vurub. 8 idmançıdan cəmi 2 nəfəri medal qazana bilib. Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) bürünc medala sahiblənib Bu nəticə onlara 200 lisenziya xalı və 2000 ABŞ dolları qazandırıb.

Olimpiya çempionu Elnur Məmmədli və Avropa birincisi Elmar Qasımov təsəlliverici görüşlərdə uduzublar. Onlar yarışı müvafiq olaraq 5-ci və 7-ci yerdə başa vurublar. Rinat Mirzəliyev (73 kq), Tərlan Kərimov (66 kq) 1/8 finalda, Kifayət Qasımova (57 kq) və Elxan Rəcəbli (81 kq) isə ilk görüşdəcə mübarizəni dayandırıblar.

Qeyd edək ki, bu gün başa çatacaq mundialda 111 ölkədən 848 cüdoçu mübarizə aparırdı və yığmamız qazandığı medallara görə 17-ci pillədə qərarlaşıb.


oxunma sayı: 241 | Paylaş:




?>