')

Bu gün:


FutbolPress.Az | UĞURUN DAVAMI GƏLİR - XETAQ QAZYUMOV DÜNYA ÇEMPİONU OLDU!

UĞURUN DAVAMI GƏLİR - XETAQ QAZYUMOV DÜNYA ÇEMPİONU OLDU!


oxunma sayı: 282 Paylaş:

Moskvada keçirilən Dünya çempionatının 6-cı günündə sərbəst güləş üzrə 3 çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.

Azərbaycan yığmasının lideri Xetaq Qazyumov (96 kq) ilk görüşdə seneqallı Aristide Diatta ilə qarşılaşaraq onu məğlub edib (7:0, 5:0). Kanada təmsilçisi Xetaq Pliyevlə görüşdə də qələbə Qazyummovun olub (3:0, 6:1). O, 1/4 finalda Belarusiya idmançısı Ruslan Şeyxovla qarşılaşaraq, onu da məğlubiyyətə uğradıb (1:0, 1:0). Yarımfinalda Qırğızıstan təmsilçisi Aleksey Krupnyakov üzərində asan qələbə qazanaraq (3:0, 3:0) finala çıxan Azərbaycan təmsilçisi rusiyalı Hacımurad Qatsalovla qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə Xetaq Qazyumov 4 qat dünya çempionundan üstün (0:1, 1:0, 1:0) olub və bu çəkidə yeni dünya çempionu adını qazanıb.

Azərbaycan yığmasının veteranı Zəlimxan Hüseynov (60 kq) ilk görüşdə Rumıniya təmsilçisi Qeorqe Buçurla üz-üzə gəlib və qələbə qazanıb (1:0, 4:1). Hüseynov növbəti rəqibi nigeriyalı Amas Daniel də məğlub edərək 1/4 finala çıxıb (5:2, 2:2). 1/4 finalda isə rəqib Kuba güləşisi Aleksandro Enrike Valdes Tovyer idi. Bu görüşdə də qələbə qazanan pəhləvan (3:2, 2:2, 3:0) yarımfinalda ukraynalı Vasli Fedorişinlə görüşdən məğlub oldu (2:0, 0:3, 0:2). Zəlimxan bürünc medal görüşündə türkiyəli Ersin Çetinə qalib gəlib (5:2, 3:0) bürünc medal qazandı.

Azərbaycan yığmasının digər üzvü Novruz Temrezov (84 kq) ilk görüşdə Türkiyə təmsilçisi Gökhan Yavaşeri məğlub edib (2:0, 3:0). Daha sonra Yunanıstan idmançısı Emzarios Bentinidislə qarşılaşıb. Yunan rəqibini də məğlub edən Temrezov 1/4 finalda çıxıb rusiyalı rəqibi Soslan Ktsoyevə məğlub oldu.


oxunma sayı: 282 | Paylaş:




?>