')

Bu gün:


FutbolPress.Az | "BAKI"DA "ƏNƏNƏ" DAVAM EDİR (TURUN TƏHLİLİ)

"BAKI"DA "ƏNƏNƏ" DAVAM EDİR (TURUN TƏHLİLİ)


oxunma sayı: 302 Paylaş:

Premyer Liqanın V turu başladı. "Neftçi" - "Muğan" qarşılaşması aramsız yağış səbəbindən təxirə salındı. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına stadionun ot örtüyü oyuna hazır deyildi.
"Qəbələ"ni qəbul edən "Turan" məğlub olub. Yeganə qolu müdafiəçi Saşa Yunisoğlu vurub. "Turan" rəhbərliyi oyunun hakimliyindən narazılığını bildirib. Onlar iddia edirlər ki, ədalətli idarəçilik olmayıb və üstəlik hakim real penalı təyin etməyib.
Turun mərkəzi qarşılaşmasında tərəflər baxımsız oyunla yadda qaldı. "İnter" Avropa Liqasında kifayət qədər güc sərf edən "Qarabağ"ı 1 qolla məğlub etdi. Lakin hesabda irəli olsa da, bank təmsilçisi potensialından zəif təsir bağışlayan rəqibə qarşı ifrat müdafiəyə çəkilmişdi. Ağdam klubu tempi bir qədər qaldıra bildi. Bundan sonra Robertas Poşkusun Karlsonsun əvəzinə meydana buraxılması hücumda "ikinci nəfəs" açdı. Lakin nəticəsiz hücumlar hesabı dəyişmədi.
Turun daha 3 oyunu bu gün keçiriləcək. Lider "Xəzər Lənkəran" MOİK-in qonağı olacaq. "Bakı" "Gəncə"ni, AZAL isə "Siumurq"u qəbul edəcək.

-----------           -----------          -----------          -----------

"Neftçi" - "Muğan" matçı istisna olmaqla bu gün keçirilən 3 oyunla Azərbaycan Premyer Liqasının V turuna yekun vurulub.

Turnir cədvəlinə "Neftçi"ylə şərikli lider olan "Xəzər Lənkəran" MOİK-ə heç bir şans verməyib - 3:0. Cənub təmsilçisi həm də bu tura qədər qapısından qol buraxmamaqla fərqlənir. Üstəlik "hərbçilər" Fərid Həşimzadənin meydandan qovulması səbəbindən qarşılaşmanı azlıqda keçirib.

AZAL yeni mövsümə yeniləşmiş və gəncləşdirilmiş heyətlə başlayan "Simurq"a çıtinliklə qaib gəlib.

Günün sensasiyası "Bakı" - "Gəncə" matçında qeydə alınıb. Uğursuz seriyadan çıxa bilməyən paytaxtın adaş komandası bu oyunda iki nəfər azlıqda oynayıb. Vinfred Şaferin komandası intizamsızlığının cəzasını çəkib - 1:1. Mövsümün debütantı və autsayderlərindən hesab olunan "Gəncə"yə qalib gələ bilməyən "Bakı"nın ağır günləri davam etməkdədi.

12 sentyabr

"XƏZƏR LƏNKƏRAN" - MOİK - 3:0
Qollar:
Dieqo Souza, 10, Uinston Parks, 19, 25
Qırmızı vərəqə: Fərid Həşimzadə, 63
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Azad Q. Hüseynov, Anar Salmanov

AZAL - "SIMURQ" - 2:1
Qollar:
Qvidas Yuşka 73-p., 80 - Mikayıl Rəhimov, 90+3
Qırmızı vərəqə: Vüsal Qarayev, 75
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Aydın Ələkbərov, Teymur Fərhadov

"BAKI" - "GƏNCƏ" - 1:1
Qollar:
Dare Nibombe, 45+2 - Junivan Suares, 60
Qırmızı vərəqələr: İbrahim Karqbo, 65, Əziz Quliyev, 79
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mübariz Haşımov, Əfqan Həmzəyev

11 sentyabr

"TURAN" - "QƏBƏLƏ" - 0:1
Qol:
Saşa Yunisoğlu, 59
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Mehman Mahmudov, Əmrah İbrahimov

"İNTER" - "QARABAĞ" - 1:0
Qol:
Aleksandr Çertoqanov, 13
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov

"NEFTÇİ" - "MUĞAN" (təxirə salınıb)
Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Munis Abdullayev, Elnur Muradov
Bakı. T.Bəhramov adına Respublika stadionu


oxunma sayı: 302 | Paylaş:




?>