')

Bu gün:


FutbolPress.Az | "MƏSLƏHƏTDİSƏ, GƏLƏRƏM. ANCAQ..." (MÜSAHİBƏ)

"MƏSLƏHƏTDİSƏ, GƏLƏRƏM. ANCAQ..." (MÜSAHİBƏ)


oxunma sayı: 513 Paylaş:

Ağasəlim Mircavadov millinin problemlərini göstərdi

Foqts Azərbaycan millisində çalışdığı 3-cü ilində "büdrədi". Almaniyadakı 6:1 hesablı məğlubiyyətdən sonra alman mütəxəssisə haqlı-haqsız tənqid hücumları səngimək bilmir. Millinin üzvləri, veteran futbolçular, yerli məşqçilər sırayla açıqlamalar verirlər; "Foqts getməlidi..." deyirlər.
Onlardan biri də şöhrət ordenli, Azərbaycanın ən təcrübəli məşqçisi Ağasəlim Mircavadovdu.
Almaniya məğlubiyyətini tənqid etmişdi, ancaq get-gəl məsələsi müzakirə olunursa, Foqtsun yerinə kimin gəlməsini deməmişdi. Onu da soruşduq:

Salam Ağasəlim müəllim, necəsiz, nə edirsiz, nə yenilik?
- Yaxşıyam. Yaxşı olasız. Şəhərdə deyiləm, istirahətdəyəm. Bir az da dincəlmək lazımdı. Yenilik... belə də... Heç nə yoxdu.

- Millinin məğlubiyyəti haqda danışmısız, bir də deyə bilərsiz, niyə belə oldu?
- Bu, belə də olmalıydı. Foqtsun uduzmasnın əsas səbəbi ölkə çempionatını yaxşı izləməməsidi. Əvvəllər klub məşqçiləriylə görüşürdü, məsləhətlər alırdı. Sonra onu da etmədi. Demirəm e, komanda bərbad oynadı, ancaq bu hesabla uduzmamaq da olardı. Çünki bundan da yaxşı oynamaq mümkün idi, bu güc var komandada.

- Məğlubiyyətin səbəbi təkcə Foqtsdadı, o mütləq istefaya göndərilməlidi?
- Bilirsiz, burda çox amil ola bilər. Foqts səviyyəli iş görür. Ancaq görürsüz də, belə şeylər də olur. Bu, futboldu. Qaldı ki istefaya, bunu federasiya bilməlidi. Oturub vəziyyəti analiz eləməlidilər. Almaniyaya belə hesabla məğlubiyyətin səbəbi ictimaiyyətə mütləq açıqlanmalıdı. Camaata hesabat verilməlidi ki, niyə belə oldu...

- Son iki gündə prosesə diqqət yetirənlər bilər ki, Foqtsun yerinə kimin gətirilməsi məsələsi əsas müzakirə mövzusudu. Siz bir "ağsaqqal" kimi, nə məsləhət görərdiz - yerli, yoxsa yenə əcnəbi məşqçi?
- Zaman göstərdi ki, yerli məşqçi daha yararlı olar. Ancaq bir şey də var, yığmanın baş məşqçisinin tez-tez dəyişdirilməsi də yaxşı hal deyil. Bunun ziyanını hələ də çəkirik.

- İş bundadı ki, əksəriyyət Foqtsun bu 3 ildə gözəgörünən bir dəyişiklik etmədiyini deyir...
- Foqstun sistemi yarımçıqdı bir az. Mən bilmirəm o 17, 19, 21 yaşlılardan ibarət yığmalarla işləyirmi, onlarla maraqlanırmı. Sistem yoxdu. Mən MDB ölkələrinin futbolunu diqqətlə izləyirəm. Onlar inkişaf edirlər, Avropa komandalarıyla ayaqlaşırlar. Düzdü, bizdə də bəzən yaxşı oyunlar olur, yığmanın özü də elə bəzən baxımlı oyun göstərib. Ancaq vahid sistemin olmaması problem olacaq həmişə. Mən "Xəzər Lənkəran"da işləyəndə Kamranla Rahid yığmaya gedirdilər, qayıdandan sonra həmişə maraqlanırdım onların məşqiylə. Çalışırdım Foqtsun işinə yardımçı olum. Bunu ona görə deyirəm ki, indiki çətin vəziyyətdən çıxmaq üçün klublarla yığma əlbir olmalıdı.

- Çətin vəziyyət indi yaranmayıb, həmişə belə olub. Mətbuat yazır ki, yerli məşqçi gətirilməlidi. Özü də mütləq. Təbii ki, başda həm də sizin adınız var. Nə düşünürsüz?
- Yenə deyirəm, tez-tez dəyişiklik fayda verməyəcək. Ancaq məsləhətdisə, gələrəm. Foqtsun kontraktı var. Federasiya vəziyyəti yoluna qoymalıdı.


oxunma sayı: 513 | Paylaş:




?>