')

Bu gün:


FutbolPress.Az | YENİ NƏSİL FANATLAR - "SƏRHƏDSİZ FANATLAR" (ARAŞDIRMA)

YENİ NƏSİL FANATLAR - "SƏRHƏDSİZ FANATLAR" (ARAŞDIRMA)


oxunma sayı: 1060 Paylaş:

"Onlar hər mövsüm 35 milyard avro xərcləyir"

"MasterCard"ın məruzəsində göstərilir ki, yeni nəsil fanatlarının bir mövsüm ərzində xərclədikləri pulun məbləğinə Kriştiano Ronaldo 372 dəfə alına bilər!

"MasterCard" UEFA Çempionlar Liqasının finalından əvvəl klubların dəstəklənməsinə hər mövsüm 35 milyard avro xərcləyən və bununla da tarixi öz gözlərindən görməyin qiymətsiz olduğunu sübüt etmiş yeni nəsil futbol fanatlarını təqdim edir.

"MasterCard" və Avropa Biznes Məktəbinin hazırladıqları məruzə "Sərhədsiz Fanatlar" adlandırılan Avropa fanatlarının yeni, çoxalan nəsli haqqındadı. "Sərhədsiz Fanatlar" xaricdə keçirilən yarışlara, biletlərə, televiziya kanallarının ödənişinə və ya 372 dəfə Kriştiano Ronaldonun alınmasına xərclənə biləcək məbləğ həcmində pul xərcləyir.

Çempionlar Liqasının builki finalından əvvəl açıqlanan nəticələr göstərir ki, Avropa futbolu fanatlarının 1/4 hissəsini (41 milyon) təşkil edən "Sərhədsiz fanatlar"ın 29%-i "Barselona", 10%-i "Real" (Madrid), 8%-i isə "Mançester Yunayted" tərəfdarlarıdı.

"MasterCard"ın Avropa bölümünün Strateji Əməkdaşlıq və Bazarın inkişafı üzrə prezidenti Hani Fam tədqiqatları şərh edərkən deyib: "Tədqiqatlar fanatların davranışındakı dəyişikliyi və kluba etdikləri dəstəyin onların çəkdikləri xərclərə necə təsir etdiyini araşdırır. Fanatların oyuna daha yaxın olmaq və qiymətsiz futbol məqamlarından həzz almaq üçün xarici klubların qəbul edilməsi kimi yeni strategiyanı tətbiq etmələrini görmək sevindirici haldı".

Onlar pullarını necə xərcləyirlər?

"Sərhədsiz fanatlar" hər mövsümdə 35 milyard avro pul xərcləyirlər:

- Ümumi xərclərin 1/5 hissəsi və ya 7.5 milyard avro xüsusi ödənişli kabel televiziya kanalına sərf edilir

- Ticarət xərcləri (üzərində klubun brendi olan mallar) 13% təşkil edir

- Yarışda tamaşaçı qismində iştirak etmək isə xərclərin 10 %-ni təşkil edir. Həmçinin buraya qida, içki və digər malların alınmasına sərf edilən 2.5 milyard avro daxildi

- Xərclərin 6%-i yarışı böyük ekranda izləmək üçün pabların, sport-barların ziyarətinə və 5% klubun öz TV kanallarına sərf edilir

- Dörd fanatdan biri öz komandasının oyunlarında xaricə gedir. Yarışda iştirakla bağlı otel, səyahət xərcləri və eləcə də sevdikləri stadiona baş çəkmək üçün "Sərhədsiz fanatlar"ın sərf etdikləri məbləğ hər il 8.75 milyard avroya bərabərdi

- "Sərhədsiz fanatlar"ın üçündən biri səyahətlərini yalnız stadiona getmək məqsədi ilə edirlər. Onların beşindən biri yarışda azarkeşlik etsələr də, şəhərə qısa zamanda da olsa baş çəkirlər və ya yarışa səyahətlərini məzuniyyətləri ilə eyni vaxta salırlar

- Ümumilikdə oyunlar zamanı "Sərhədsiz Fanatlar"ı qəbul edən şəhərlər 4.5 milyarda yaxın gəlir əldə edirlər.

Fanatların kateqoriyaları

Məruzədə təklif olunur ki, "Sərhədsiz Fanatlar" üç kateqoriyaya bölünsün:

Əsas fanatlar - "Sərhədsiz Fanatlar"ın demək olar ki, 2/3 hissəsini (60%) təşkil edirlər, onları klubun oyun fəlsəfəsi (85%) və uğuru (97%) cəlb edir.

Regional yaxınlıq fanatları - "Sərhədsiz Fanatlar"ın 12%-ni təşkil edirlər. Bu fanatların çoxusu komandaya həmin şəhərlə əlaqələri olduqlarına görə azarkeşlik edir və onların 55%-i mütəmadi olaraq klubun regionuna baş çəkir.

Ulduz pərəstişkarları - "Sərhədsiz Fanatlar"ın 15%-ni təşkil edir. Onların sadiqliyi tanınmış oyunçularla və məşqçilərlə əlaqəlidi. Komandaya dəstək olmaları sevimli ulduzlarının hansı kluba getmələrindən asılıdı.

Qloballaşma

İdman, Biznes və Cəmiyyət institutunun professoru Saşa Şmidt Almaniyada yerləşən Avropa Biznes Məktəbində "Sərhədsiz Fanatlar"ın sayının çoxalması ilə bağlı üç əsas meyli qeyd edib.

O, izah edir ki, "Birinci növbədə asan və nisbətən ucuz beynəlxalq səyahətlər sayəsində artan mobillik xarici klubların artıq əlçatmaz olmaması ilə nəticələnib. İkinci növbədə isə, yeni media kanalları fanatlara klublar və xaricdəki digər fanatlar haqqında məlumatları əldə etmək imkanını verir, bu da "Sərhədsiz Fanatlar"ın klubların həyatına daha çox cəlb edilməsi deməkdi. Sonuncu isə odur ki, dünya ulduzlarına çevrilən oyunçuların və məşqçilərin çoxalması dil və mədəniyyət fərqliliyi məsələsini aradan qaldıraraq, müxtəlif ölkələrin fanatalarını birləşdirir".

SON

Araşdırmaların nəticələri Almaniya EBS Məkətəbinin İdman, Biznes və Cəmiyyət İnstitutu tərəfindən aparılan tədqiqatlara əsaslanıb. Tədqiqatlar əvvəl heç araşdırılmayan və ya yalnız bir neçə dəfə araşdırılan FWB - "Sərhədsiz Fanatlar" kimi yeni sahədə aparılıb. Gələcək empirik tədqiqatlar aparmaq üçün araşdırma zamanı diqqətimizi əsas məqamlar və ümumi tanışlığa yönəltmişik. Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi əsas beş bazarı əhatə edən "Eurosport" qrupundan ümumilikdə 1246 nəfər onlayn sorğuda iştirak edib. Bundan başqa, son iki ay ərzində xarici klubların və assosiasiyaların üzvlərindən 25 müsahibə alınıb.


oxunma sayı: 1060 | Paylaş:




?>