')

Bu gün:


FutbolPress.Az | AL(TI).. MANİYA!

AL(TI).. MANİYA!


oxunma sayı: 495 Paylaş:

Berti Foqtsa açıq məktub (Əzizim Foqts)

Millinin dünənki oyunu 6 (altı) vərdişini (maniya) bir daha büruzə verdi. Maniya iki cür izah olunur: 1. Bir şeyə qarşı hədsiz istək; 2. dəlilik, anormallıq. Mən yığma komandanın Almaniyaya qarşı oyunundan sonra buraxılan 6 qolun sayı qədər maniyaları sadalayacam. Problem Berti Foqts deyil, hörmətli qaragüruhçular! Problem:

1. Azərbaycan futbolçusunun ən böyük maniyası elə futboldu (paradoks). O Peleni, Maradonanı, Zidanı, ən son halda Droqbanı görüb, futbola gəlib. Futbol məşqinə yazılıb. İllər keçib, o, Zidan ola bilməyəcəyini başa düşüb. Bu illər onu özündən də ayırıb. Nəhayət, tutalım, Vaqif Cavadov, Droqba bir kənara, heç özü də ola bilməyib...

2. Özü ola bilməyən, özünü itirən və tapa bilməyən futbolçu məxluqu özünü axtarmaq üçün başqasından kömək istəyir. Karlos Alberto Torres, Coko Haciyevski, indi də Berti Foqts kimi əcnəbilər borcludu özünü itirən azərbaycanlı futbolçuya "terapiya" etsin?

3. Almaniyaya biabırçı məğlubiyyətdən (6:1) sonra yenə Berti Foqtsu qaralayıblar. Düşmən sayırlar onu, az qala. Amma meydanda baş verənləri analiz edə bilməyənlərdi belələri. Foqts sənin Cavadovuna, Sadiqovuna, Nadirovuna taktika vermişdi. Taktika! Komanda taktika nə ola şeydi bilirmi? Onda niyə Foqts..?

4. Azərbaycan futbolçusu meydançada özünü tanımır. Müstəqil düşünə, oyun qura, enerjisini faydalı xərcləyə və s. bu kimi peşəkarlıq normalarını təmin edə bilmir. Çünki o, orta təhsil belə almayıb, həyatında bircə dəfə də olsun Çingiz Abdullayevin detektivlərindən başqa bir kitab oxumayıb. Bəs o, öz vücudunu, qabiliyyətini necə dərk etsin?

5. Bilirsiz nə demək istəyirəm? Öz gücünü, potensialını dərk etməyən şəxs heç vaxt özünə əmin ola bilməz. Azərbaycan futbolçusu həmişə bu problemi yaşayıb. Dünənki oyunda da hər dəfə olduğu kimi, futbolçuların meydançada nə baş verdiyini anlamadığının şahidi olduq. Ayaqları əsən komandadan futbol oynayan çıxmaz.

6. Azərbaycanlı futbolçunun pula hədsiz istəyi var. Pula hərislik isə ağılsız və köntöy vücuda aiddi (Bu sözlərə qəzəblənməyənlər mütləq istisnadı). Pulun da öz fəlsəfəsi var: ona layiq olmasan, səni cəzalandırar. Eybəcər vəziyyətlərə düçar edər. Bu maniyanın çarəsi yalnız insanın kamilliyindədi. Özünü dərkdədi.

Və nəhayət, azərbaycanlı futbolçu heç bilirmi "maniya" nə deməkdi? Bilmir! Ona görə, Foqtsdan bunu xahiş edək, o, "maniya"nı da onlara anlatsın. Yerli məşqçi bunu etməyəcək, bacarmayacaq, iradəsi yetməyəcək. Bunu Foqts bacarar.
Bir neçə dəfə bu məqamı qeyd eləmişik, yenə qayıdaq: Foqtsu məğlubiyyətə görə "tənqid" edənlər "onun məvacibi bu qədərdi..." - şüvənliyindən yuxarı qalxa bilmir. Mümkünsə, yeni variantlar tapılanta səs-küy salın. Azərbaycan futbolunda cüzi də olsa dəyişikliyi əcnəbi, əcnəbi və yenə də əcnəbi məşqçi edəcək.
Əzizim Foqts, sən bu məğlubiyyətlərə görə heç sarsılmırsan. Düz edirsən. Sənin düşdüyün mühit pulsayanlar və ya pulyeyənlər mühitidi. Rica edirəm, xalqımızın böyüklüyünü unutma!
Biz həqiqətən, böyük xalqıq, yaxşı insanlarımız xali deyil. Ancaq neyləyək ki, Monqolustanda simfoniya yad bir şey olduğu kimi, bizdə də futbol elədi. Bizə futbolçu ver! Sən getsən də, əcnəbi bizə futbolçu verə bilər. Bizim yerli məşqçilərimiz komanda qura bilmir. Bacarsan bizə məşqçi də ver.

E L Ç ! N


oxunma sayı: 495 | Paylaş:




?>