')

Bu gün:


FutbolPress.Az | "ANJİ" AZƏRBAYCANA GƏLƏ BİLMƏDİ

"ANJİ" AZƏRBAYCANA GƏLƏ BİLMƏDİ


oxunma sayı: 340 Paylaş:

"Bakı" qonaq dəvət edir, yenə məyus olur...

Televiziya kanallarından yayımlanan anonslardan da xəbər tutmuşduz ki, Rusiyanın "Anji" klubu Azərbaycana səfər edib, "Bakı"yla yoldaşlıq oyunu keçirməliydi.

Ancaq bu mümkün olmayıb. "Bakı" klubunun yaydığı məlumata görə, buna "Anji"nin futbolçularının sənədləri ilə bağlı Rusiya sərhəddində yaranan problem səbəb olub. Bundan sonra şimal qonşularımız Bakıya gələ bilməyəcəkləri barədə "Bakı"nı məlumatlandırıb. Bu səbəbdən sabah "Bakı" və "Anji" arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan oyun baş tutmayacaq.

Son vaxtlar "Bakı"nın başına gələnlərin uğursuzluqdan başqa adı yoxdu. Belə vəziyyətlərdə mollaya gedərlər, fal açdırarlar - qara qüvvələrin, bəd nəzərlərin yox olması üçün...


oxunma sayı: 340 | Paylaş:




?>