')

Bu gün:


FutbolPress.Az | ZEYNAL MƏMMƏDOVA XATIRLATMA

ZEYNAL MƏMMƏDOVA XATIRLATMA


oxunma sayı: 443 Paylaş:

Heç olmasa UEFA-nı günahkar çıxarmayın, hörmətli "Bakı"lılar!

Macarıstanın "Debretsen" klubunun Avropa Liqasının pley-off mərhələsində "Liteks"lə cavab oyununda iştirak ərizəsində adı olmayan futbolçunu oyunun sonlarında meydana buraxması səbəbindən UEFA tərəfindən cəzalandırıldığı haqda xəbər vermişik. Qurum klubu 19200 avro məbləğində cərimələməklə kifayətlənib. "Debretsen" isə qrup mərhələsinə vəsiqə qazanıb və I qrupda mübarizə aparacaq.

Bu arada "Bakı" rəhbərliyi bu məsələni əldə arqument edərək UEFA-nı onlara qarşı haqsızlıq etməkdə suçlayır. Komandanın istefada olan amma hələ qərarı rəsmiləşməyən baş meneceri Zeynal Məmmədov açıqlamasında deyib: "Dörd il əvvəl indi bizdə çıxış edən futbolçuya görə «Bakı»ya texniki məğlubiyyət verdilər. Amma macarlara para cəzası kəsdilər və onlar bununla canlarını qurtardılar. Bu qərar təsdiqləyir ki, UEFA bizə qarşı daha sərt cəza kəsib"

Günahı, təqsiri başqasının üstünə atmaqda pərgarıq. Amma diqqətli olmaq lazımdı, UEFA ən azı "Bakı"dan səriştəsiz deyil ki, "Debretsen"ə verilən cəzayla "Bakı"ya verilən arasında motiv eyni olsun, cəza fərqli.

Macarıstan təmsilçisində oyunçu neçə müddətsə əvvəl qırmızı vərəqə almamışdı və o, iki oyunluq diskvalifikasiya olunmamışdı. Sadəcə, onun adı işirak ərizəsində olmayıb. "Bakı" isə 4 il əvvəl avrokubokda qırmızı kart alan oyunçunun arxivini yoxlamadan meydana buraxmışdı. Təbii, bu problemləri müqayisə edəndə aydın olur ki, iki fərqli məqamdı və fərqli maddələr üzrə cəzalandırılır.

Heç olmasa UEFA-nı günahkar çıxarmayın, hörmətli "Bakı"lılar!


oxunma sayı: 443 | Paylaş:




?>