')

Bu gün:


FutbolPress.Az | MƏMMƏDYAROV GERİLƏYİB

MƏMMƏDYAROV GERİLƏYİB


oxunma sayı: 241 Paylaş:

FİDE dünyanın ən güclü şahmatçılarının yeni siyahısını açıqlayıb. Azərbaycan milli komandasının lideri Şəhriyar Məmmədyarov iki pillə geriləməklə 8-ci yerə düşüb. Teymur Rəcəbov (2748) 10-cu yerdən 13-ə düşüb. Mövqeyini qoruyan Vüqar Həşimov (2719) 26-cı, Rauf Məmmədov (2660 xal) 80-cidir. Kişilərin siyahısına norveçli vunderkind Maqnus Karlsen başçılıq edir.
Siyahıda ilk 10-luq:
Kişi şahmatçıların reytinqində ilk "onluq"da yer alanlar bunlardır:
1. Maqnus Karlsen (Norveç) - 2826 xal.
2. Veselin Topalov (Bolqarıstan) - 2803.
3. Vişvanatan Anand (Hindistan) - 2800.
4. Levon Aronyan (Ermənistan) - 2783.
5. Vladimir Kramnik (Rusiya) - 2780.
6. Pavel Elyanov (Ukrayna) - 2761.
7. Aleksandr Qrişşuk (Rusiya) - 2760.
8. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2756.
9. Vasili İvançuk (Ukrayna) - 2754.
10. Boris Gelfand (İsrail) - 2751.


oxunma sayı: 241 | Paylaş:




?>