')

Bu gün:


FutbolPress.Az | FİNALA LAYİQ İŞ (YAZI)

FİNALA LAYİQ İŞ (YAZI)


oxunma sayı: 1020 Paylaş:

Bu dəfə tənqid etməyəcəm, tərif sizə maraqlıdısa, onda fikirlərimi şəninizə ərz edim. Özü də layiqli tərif. Onu da bildirim ki, nadir hallarda Azərbaycan futbolunda nəyisə önəmsəyərəm...

Azərbaycan kubokunun finalı oyuna qədərki hər şeylə xoşuma gəldi. Ötən il də kubokun finalının təşilatçılığı haqda yazmışdım. Bu il isə daha da cəlbedici oldu, buna münasibətimi bildirmək istədim.

Matçsonrası mətbuat konfransı bitəndən sonra Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev jurnalistlərdən kubokun təşkilatçılığıyla bağlı hansı çatışmazlıqları gördüklərini soruşdu. Həmkarlar arasında müəyyən detalları qabardanlar oldu. Ən yuxarı sayıla biləcək irad şou-proqram zamanı musiqilərin pis səslənməsi oldu. Yəni səsgücləndiricilərin akustik təyinatı ideal vəziyyətdə deyildi və bu, haqlı irad idi. Çünki ora gələnlər həm də Aygünün, Röyanın ifasına, meyxanaçılara qulaq asmaq istəyirdilər, ancaq akustikanın yaxşı olmaması musiqi əyləncəsindən alınacaq zövqü heçə endirdi. Bu isə subyektiv problemdi, yəni səs mühəndislərinin bərbad işinə görə işi öhdəsinə götürən müvafiq şirkət məsuliyyət daşıyır. Ancaq məncə, təşkilatçılıq o qədər zövqlü və peşəkar hazırlanmışdı ki, zəif akustika kölgədə qaldı.

Meydanda üçrəngli bayrağımızın bərq vurması səhnəsi sadəcə möhtəşəm idi və qanımızı coşdurmaya bilməzdi. Xüsusən, bu səhnəyə fondakı musiqi və videorilikin uğurlu seçiminə görə təşkilatçıları - PFL-i, xüsusən Aslan Şahgəldiyev  və qurumun rəhbəri Ramin Musayevi, bütün əməkdaşlarını təbrik etməyə dəyər.

Oyunqabağı şou-aksiyanın "final mərhələsi" olan kubokun meydana gətirilməsi  stadiondakı hamının diqqətini çəkdi. Ötən il də orjinal ideyayla rəğbət qazanmış analoji videorolik bu dəfə finala layiq bir məhsul idi. 

Matç başladı və ilk 10 dəqiqədəki kəşfiyyat xarakterli oyun "Bakı"nın aşkar hücuma keçməsiylə açıq hal aldı. Açıq oyunda isə "Neftçi" rəqibə qarşı çox tab gətirə bilmədi. İlk hissənin yarısından sonuna qədər "Bakı" elə bir oyun göstərdi ki, bəlkə heç son 2-3 ildə bu qədər baxımlı futbol oynamadığını özləri də etiraf edər. 2:0 başa çatan qarşılaşmanın həlledici qolu isə luzaya ustacasına göndərilmiş bilyard daşı kimi oldu - Junior Xavier topu toqquzluğun göbəyinə göndərdi... Mən hələ də o qolun viodetəkrarına baxa bilməmişəm və bunu mütləq edəcəyimə, özü də dəfələrlə baxacağıma əminəm. 

Nə qədər təzyiq göstərsə də, cəhd etsə də, "Neftçi"nin yorğunluğu sözünü dedi və nəticədə meydandan "Bakı" qalib ayrıldı. Bu, "zolaqlılar"ın 3-cü kubokuydu. Final günü yaşananlar mənə bir məqamı hiss elətdirdi: həqiqətən işin arxasında çox böyük əziyyət və həyəcan var idi. Bütün "Bakı"lılara  və finalın təşkilatçılarına təbrik! 

Elçin CƏLİLOV


oxunma sayı: 1020 | Paylaş:




?>