')

Bu gün:


FutbolPress.Az | LƏNKƏRAN KLUBUNUN TRANSFER "BURULĞANI" (TƏHLİL)

LƏNKƏRAN KLUBUNUN TRANSFER "BURULĞANI" (TƏHLİL)


oxunma sayı: 2365 Paylaş:

Bu yay ya "Ox" olacaq, ya da "Yay"...

Bir həftə əvvəl Rednikin dövründə "Xəzər Lənkəran"da oynamış rumıniyalı Manuel Skarlatakenin Bakıya gələcəyi haqda "FutbolPress"in eksklüziv xəbərindən sonra (http://www.futbolpress.az/az/news-details/16346/) bu gün klub rəsmisi Səməd Mustafayev deyib ki, baş məşqçi Yunis Hüseynovun Rumıniyaya səfərinin məqsədi elə adıçəkilən futbolçunun transferini həll etməkdi.

Əslində isə məsələ başqa cürdü. Bizim məlumatımıza görə, Skarlatake Lənkəran klubuna gəlməyəcəkdi. Bəs maraqldı, Mustafayev hansı səbəbdən səfərdə əsas məqsədin bundan ibarət olduğunu deyib...

Hüseynovun Rumıniyaya gedişini də ilk biz xəbər verdik. O,  Rumıniyaya Cənub klubunun əməkdaşlıq etdiyi menecerlərlə görüşməyə gedib, Skarlatake üçün yox. Onlar orada ona futbolçular təqdim edəcəklər, bəyənilənlərsə Avstriyadakı təlim-məşq toplanışına gələcəklər. 

Skarlatakenin  Lənkəran klubuna keçidi indiki halda çətin alınar. Mustafayevin açıqlamasında qeyri-ciddilik və saytımızda dərc olunan xəbərə yönəlik addım atmaq jesti mənasız alınıb. Rumın futbolçunun qiyməti xeyli qalxıb, çünki onu Bakı klublarından biri istəyir. Bundan başqa, vətənində də "müştəriləri" çoxdu. 

Klub rəsmisi xüsusən, transfer məsələlərində diqqətli və səmimi olmalıdı... Səmimi deyilsə, hansı ki, bunu bizə isbatlamaq lazım deyil kim səmimidi, ya yox - onda klubun mənafeyinə zərbə vurduğu bimənalıdı.

Mövzunu bir qədər də genişləndirib qeyd edək ki, Hüseynovla Mustafayevin Buxarestə səfəri məntiqsiz işdi. Futbolçuları yerində bəyənmək metodologiyası klubun seleksiyaçı məşqçilərinə aiddi, baş məşqçiyə yox. Ba məşqçi komandanı və başqa adını çəkmək istəmədiyimiz işləri qoyub səfərə çıxmamalıydı. Daha xırdalığına gedib biabır olmalarını istəməzdik, ancaq klubun bu addımı göstərir ki, futbolyönümlü idarəçilik bəsit həddə də deyil.

Yunis bəyin Rumıniyada nə işi? Bəs Mustafayev niyə gedib onunla? Məgər klub Rumıniyadakı menecerlərlə ona görə əməkdaşlıq edir ki, burdan ora baş məşqçi və klub rəmisi getsin? Həmin menecerlər "transfer paketi"ni komandanın Avstriyadakı toplanışına göndərə bilərdi və baş məşqçi də paketdəkiləri məhz orada gözdən keçirərdi. İşin peşəkar tərərfi budu.

Həftəbecər idarəçilik haçana qədər davam edəcək...

Klubun seleksiyaçı məşqçiləri harda yatıb? Səməd Mustafayev administrator kimi bu işin nizama salınmasına cavabdehdi, Rumıniyaya səfər etməyə yox. Bu cür ayıb məqamları açıb-ağartmaq hər dəfə başucalığı gətirmir milyonlarla büdcəsi və onminlərlə azarkeşi olan kluba.

Zaur Ramazanov seleksiyaçı-məşqçilər qrupunun başçısıdı. Hardadı? Klub rəhbərliyi bu qrupu niyə yaradıb? Bunların nəyinə və niyə maaş verir?

Maraqlıdı, hələ də Kamran Ağayevlə Elnur Allahverdiyev müəmmasını həll edə bilməyən administrasiya onda hansı işə faydalıdı? Bunun nəyi administrasiya sayılır? Transfer və seleksiya işləri sıfır səviyyəsində olan klubun administrasiyasına hansı teorem qoşmaq olar...

6 xalı geri qaytamaqla fəxr edirsə, onda bir az nəfəs dərsin, su içsin və rahat otursun, dinləsin, izah edim bunlara o xalların geri qaytarılması ssenarisi necə, nə cür və hansı formada reallığa çevrildi. Açıqlamasında çoxbilmişlik edənin aqibəti həlim olmaya bilər...

Obrazlı desək, "Xəzər Lənkəran" hələ "zibilləri" süpürüb təmizləməyib, qaldı ki otağı bəzəsin. Otağı bulandıranlar mane olur; iş də ləngiyir... Pullar da gedir - "yeriyən pullar"...

Elçin CƏLİLOV


oxunma sayı: 2365 | Paylaş:




?>