')

Bu gün:


FutbolPress.Az | BƏYANAT : "HÖRMƏTLİ HAKİMLƏRİMİZ, İMKAN VERİN FUTBOLUMUZU OYNAYAQ!"

BƏYANAT: "HÖRMƏTLİ HAKİMLƏRİMİZ, İMKAN VERİN FUTBOLUMUZU OYNAYAQ!"


oxunma sayı: 260 Paylaş:

Yenə "Turan" və yenə hakimlərdən narazılıq. Tovuz klubu yeni mövsümün arxada qalan 4 turunda yaxşı təsir bağışlayır. Güclü rəqiblərə qarşı iddialı oyunuyla diqqət çəkir. Ancaq klub rəhbərliyi hakimliyin onların oyununa təsir etdiyini KİV-də dəfələrlə bildirib. Bunun davamlı hal almaması üçün klubun rəsmi saytında hakimliyə etiraz bəyanatı yerləşdirilib. Bəyanatı olduğu kimi təqdim edirik:

Azərbaycan futbolunda xüsusi dəst xətti olan Tovuz futbolu ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı proqrama uyğun olaraq respublikamızda futbolun inkişafı üçün əməli işlər görür və bu yolda işlərini davam etdirməkdədir. Hazırda "Turan" komandasında yerli futbolçular yetişdirməklə yanaşı milli çempionatımızın səviyyəsini yüksəltmək üçün bir sıra əcnəbi futbolçuların xidmətlərində də istifadə edir. Komandamız gəncdir. Lakin buna baxmayaraq Tovuzda mübariz kollektiv formalaşmışdır. Əfsuslar olsun ki, bir sıra oyunlarımızda komanda hakim haqsızlıqlarının qurbanına çevrilib. 2010-2011-ci il mövsümü yeni başlamasına baxmayaraq hakim haqsızlıqlarından daha çox zərər çəkən klub məhz "Turan" olub. Arxada qalan 4 turdan ikisində bununla əlaqədar etirazlarımızı bildirmişik. AZAL-la oyunda Əfqan Həmzəyev "Simurq"la oyunda isə Ceyhun Haşımovun briqadası təmiz qolumuzu hesaba almadı. Bu nə qədər davam edə bilər? Nəzərə almaq lazımdır ki, hər bir xalın komandanın taleyində nə qədər önəmli rol oynayır. Əgər hakimlər hər dəfə xüsusi maraqdanmı, qərəzçilikdənmi və ya sadəcə bilməməzlikdənmi vurduğumuz qolları saymayıb Tovuz futbolunun taleyi ilə oynayacaqlarsa onda bəs nə etməli? Bizə yalnız təmiz hakimlik kifayət edər. Meydanda kim güclüdür qoy o da qalib gəlsin. Başa düşürük hakim də insandır.O da səhv edə bilər. Amma belə səhvlər hər dəfə nədənsə "Turan"a qarşı yönəlir.
Hörmətli hakimlərimiz, imkan verin, futbolumuzu oynayaq!


oxunma sayı: 260 | Paylaş:




?>