')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" "İNTER"Ə OYUN GÖSTƏRDİ (TURUN TƏHLİLİ)

"NEFTÇİ" "İNTER"Ə OYUN GÖSTƏRDİ (TURUN TƏHLİLİ)


oxunma sayı: 376 Paylaş:

"Qəbələ"də Adamslıq heç nə qalmayıb...

Premyer Liqanın IV turu başladı. "Qarabağ" - "Bakı" matçı birincilərin Avropa Liqasındakı çıxışı səbəbindən təxirə salınmışdı. Bu gün 3 oyun keçirildi.

Turun açılış matçı Salyanda yerli "Muğan"la "Gəncə" arasında olub. Hesabı açan gəncəlilər oyun ərzində daha kompakt görünüb. Ancaq matça əlavə olunmuş dəqiqələrdə Rauf Cabbarovun qonaq komandanın qapısına təyin etdiyi şübhəli cərimə zərbəsi qolla nəticələnib.

Əyalətdə keçirilən növbəti qarşılaşma da "sülhlə" yekunlaşıb. "Turan" Zaqatala səfərində hesabı açsa da, ardınca buraxılan iki qolun cavabını vermək üçün inadı müsbət nəticələnib. Gənc yerli futbolçulardan qurulan "Simurq"un baş məşqçisi Coko Haciyevski oyundan sonra gələcəyə inamla baxdıqlarını deyib

Turun mərkəzi oyunu "Şəfa"da liderlər "İnter" və "Neftçi" arasında oldu. Yüksək temp və baxımlı oyun "Neftçi"nin özünə qayıtdığına inam yaradır. Flaqman yeni mövsümün hər ötən turunda daha da təkmilləşir, yaxşı oyun sərgiləyir. Bu dəfə Arif Əsədovun  oyuna faydalı müdaxilələri, əvəzetmələrdə məntiqi görünürdü. Oyun ərəfəsində zədələnən Rəşad Abdullayevin yoxluğunda Cavid Hüseynovun motivasiyalı oyunu, hərəkətliliyi, Flavinyo və Alessandronun sol cinahda uğurlu tandemi, birincinin yerdəyişmələrdə ağıllı mövqe seçimi, hücumda Bahodir Nasimovun yenə qol vurması - bunlar komanda oyununun uğurlu alındığını deməyə əsas verir. "İnter" oyunu meydanın öz hissəsində rəqibə uduzmuşdu. Əsədovun əvəzetmələri də bunu deməyə əsas verir - hər üç əvəzetmədə hücumameylli oyunçular meydana girdi. Komanda pressinqi sona qədər davam etdirə bildi ki, bu da oyunçuların fiziki formasının yerində olması sayəsində mümkün oldu.
"Neftçi" uzun müddətdən sonra oyunuyla alqışları haqq etdi. Elmar Baxşiyev və Emil Mpenzanın isə ümumi oyuna sinxronlaşa bilmədiyi görünürdü. Baxşiyevin güclənmiş, dinamik heyətdə çatdıra bilmədiyi, Mpenzanın həddən artıq çəki problemi özünü açıq büruzə verirdi.
Elmar "dağıdıcı" oyunçudu, komanda isə yeni mövsümdən yaradıcı və texniki oyuna üstünlük verir. Bu amil də onun kölgəyə düşməsinə səbəblərdən biri sayıla bilər. Əsədov bu mövqeyə çarəni indidən axtarmalıdı. Növbəti oyunlara qədər rəqiblər "Neftçi"nin bu "deffektini" öyrənib həmin nöqtədən təslimedici zərbə vura bilər. Azarkeş isə "Neftçi"dən uğurun ardını gözləyir.

Bugünkü oyunun fonunda Sxadazenin taktika seçimindəki yanlışlığı da vurğulamağın yeridi. Məşqçi bilirdi ki, rəqib taxnikaya üstünlük verir, belə oyuna qarşı cinahlar və uzun ötürmələr hara yoxa çıxmışdı? Xüsusən də Dmitri Kruqlovun cinahdan mərkəzə çəkilməsinin, hətta ona insayd funsiyasını tapşırmağın zərəri göründü, buna görə də əvəzləndi. "İnter" zəif nöqtələrinin aşkarlanmasına görə "Neftçi"nin bugünkü oyunundan çox şey öyrənməlidi.

Sabah IV turun daha iki oyunu keçiriləcək. Yeni mövsümdə xala həsrət qalan "Qəbələ" sona qədər döyüşən "hərbçiləri", AZAL isə mövsümün favoritlərindən hesab olunan "Xəzər Lənkəran"ı qonaq edəcək.

------------                 -------------                 --------------                -------------IV turun son iki oyunu da başa çatdı. "Qəbələ" Toni Adamsla uğursuz seriyanı davam etdirdi. MOİK səfərdə Adamsın bahalı heyətinə şans vermədi və oyun qolsuz heç-heçəylə nəticələndi.
"Xəzər Lənkəran" isə AZAL səfərində pis oynasa da, sonda 1 qolla 3 xalı qazanan tərəf oldu. Mirça Rednikin təşəbbüsüylə transfer olunan rumın futbolçulardan Katalin Doman istisna olmaqla digərləri bu qarşılaşmada yaxşı oynamadı. AZAL daha yaxşı təsir bağışlasa da, hücumdakı çatışmazlıqlar və komandanın özünəinamsızlığı nəticəyə təsirini göstərdi. Cənub komandası bu cür oyunla liderlər arasında yerini möhkəmlədə bilməyəcək. Rednikin komandanı komplektləşdirə bilmədiyi aydın görünür.
Düzdü, lənkəranlılar növbəti 3 xalla "Neftçi"ylə liderliyə şərik çıxdı, həm də arxada qalan 4 turda qol buraxmayıb. Ancaq praqmatik oyundusa, bu cür davamın uğur gətirəcəyi inandırıcı deyil.

Premyer Liqa
IV tur

29 avqust

"QƏBƏLƏ" - MOİK - 0:0
Baş hakim: ƏfqanHəmzəyev

AZAL - "XƏZƏR LƏNKƏRAN" - 0:1
Qol:
Elvin Beqiri, 90+3
Baş hakim: Rövşən Əhmədov

 

28 avqust

"MUĞAN" - "GƏNCƏ" - 1:1
Qollar:
Reis Klaudiney, 90+2 - Samir Zərgərov, 31
Baş hakim: Rauf Cabbarov

"SİMURQ" - "TURAN" - 2:2
Qollar:
Baçana Sxadadze, 60, Yasin Abbasov, 64- George Modebadze, 51; 83
Baş hakim: Ceyhun Haşımov

"İNTER" - "NEFTÇİ" - 0:2
Qollar:
Bahodir Nasimov, 34, Flavio Aleks Valensio, 50
Baş hakim: Anar Salmanov


oxunma sayı: 376 | Paylaş:




?>