')

Bu gün:


FutbolPress.Az | ÇEMPİONLAR LİQASININ PÜŞKÜ ATILDI

ÇEMPİONLAR LİQASININ PÜŞKÜ ATILDI


oxunma sayı: 272 Paylaş:

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının qrup mərhələsinin püşkatması olub. Qitənin 32 ən güclü komandası 8 qrupa bölünüb.

Qrup mərhələsinə qatılan 32 klub 18 ölkəni təmsil edir. Ən çox komanda ilə İngiltərə təmsil olunur - 4. "Böyük beşlik" ölkələri - İspaniya, İtaliya, Almaniya və Fransanın qrup mərhələsində 3 təmsilçisi var. Rusiya, Portuqaliya və Hollandiya birnömrəli klub turnirində 2 klubla mübarizəni davam etdirir. Türkiyə, Yunanıstan, Şotlandiya, Ukrayna, İsveçrə, Danimarka, Rumıniya, Serbiya, Slovakiya və İsrailin isə bir klubu qrup mərhələsində çıxış edəcək.

Qruplarla tanış olun:

A qrupu
İnter (İtaliya)
Verder (Almaniya)
Tottenhem (İngiltərə)
Tvente (Hollandiya)

B qrupu
Lion (Fransa)
Benfika (Portuqaliya)
Şalke 04 (Almaniya)
Hapoel (Təl-Əviv, İsrail)

C qrupu
Mançester Yunayted (İngiltərə)
Valensiya (İspaniya)
Qlzaqo Reyncers (Şotlandiya)
Bursaspor (Türkiyə)

D qrupu
Barselona (İspaniya)
Panatinaykos (Yunanıstan)
Kopenhagen (Danimarka)
Rubin (Rusiya)

E qrupu
Bavariya (Almaniya)
Roma (İtaliya)
Bazel (İsveçrə)
Kluj (Rumıniya)

F qrupu
Çelsi (İngiltərə)
Olimpik (Marsel, Fransa)
Spartak (Moskva, Rusiya)
Jilina (Slovakiya)

G qrupu
Milan (İtaliya)
Real (İspaniya)
Ayaks (Hollandiya)
Oser (Fransa)

H qrupu
Arsenal (İngiltərə)
Şaxtyor (Ukrayna)
Braqa (Portuqaliya)
Partizan (Serbiya)


oxunma sayı: 272 | Paylaş:




?>