')

Bu gün:


FutbolPress.Az | FİFA-NIN ŞİMALİ KOREYADA ARAŞDIRMASI BAŞA ÇATDI

FİFA-NIN ŞİMALİ KOREYADA ARAŞDIRMASI BAŞA ÇATDI


oxunma sayı: 241 Paylaş:

FİFA, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatından sonra Şimali Koreya millisi haqqında yayılan şok xəbərlərlə bağlı araşdırmalarını sona çatdırıb. Dünyanın nüfuzlu KİV-ləridə yayılan məlumatlara görə milli komandanın mundialda uğursuz çıxış etməsi diktatorun onları amansız cəzalandırmasıyla nəticələnib.

Ali qurum artıq həmin araşdırmalarını yekunlaşdırıb və bununla bağlı rəsmi açıqlama yayıb. Şimali Koreya Futbol Federasiyasına məktub yazaraq məlumat aldıqlarını bildirən FİFA rəsmiləri "Bizə gələn məktuba görə, Şimali Koreyada milli komandanın üzvləri və baş məşqçi Kim Younq Hun məşqlərinə davam etməkdədir. Şimali Koreya millisi 2011-ci ildə düzənlənəcək 16-cı Asiya oyunlarına qatılacaq" şəklində açıqlama yayıb.
Xatırladaq ki, koreyalıların mundialdakı uğursuzluqdan sonra komandanın bəzi turnirlərə qatılmayacağı və futbolçularla baş məşqçiyə ciddi təzyiqlər göstərildiyi, onların ağır fiziki işlərə cəlb olunduğu haqda iddialar dolaşırdı.


oxunma sayı: 241 | Paylaş:




?>