')

Bu gün:


FutbolPress.Az | MAHMUD QURBANOV: ADAM ÖLDÜRMƏMİŞƏM Kİ...

MAHMUD QURBANOV: ADAM ÖLDÜRMƏMİŞƏM Kİ...


oxunma sayı: 418 Paylaş:

- Rəşad yazı yazmışdı. Açığı deyim özüm oxumamışdım. Orda rəqəmlər yazılmışdı. Onun nömrəsini heç bilmirdim, tapıb zəng edib dedim ki, bu qəzet sənindi. Dedi hə. Dedim "Bəs bu nədi yazıbsan?. Sən hələ başqa qəzetdə işləyəndə bizim münasibətimiz var idi. Bu rəqəmləri kim deyib sənə, klub rəsmisi deyib, yoxsa başqası? Bunu yazırsansa, mənim də fikrimi öyrən, sonra yaz. Belə olmaz axı". O da dedi ki, maraq üçün yazmışam.

- Dedin Rəşad Ergünü çoxdan tanıyırsan...
- Hə, yalnız jurnalist kimi tanıyıram onu.

- Səncə, Rəşad belə bir yazını marağa yazar ki?
- Onu deyə bilmərəm. Bəlkə "zakaz"la yazıb, yaxud nəyəsə görə yazıb.

- "Zakaz" demişkən, mətbuatda belə bir söz-söhbət gəzir ki, "KomandA" qəzeti ilə "Bakı" futbol klubunun münasibəti elə də yaxşı olmadığından, bəlkə Mahmud bunu elə "zakaz"la edib...
- Vallah, belə bir şey yoxdu. Mən "Bakı" futbol klubunun futbolçusuyam, şapalaqvuranı deyiləm. Ora mənim komandamdı, iki ildi də orda oynayıram. Bu söhbətdən də rəhbərliyin xəbəri olmayıb. Sadəcə, hadisədən sonra klubun rəhbərliyinə zəng edilib, o zaman biliblər. Onun, qəzetin klubla problemi varsa, bu mənlik deyil. İndiyədək heç kimin "zakaz"ı ilə işləməmişəm. Mənim heç bir jurnalistlə belə haqq-hesabım olmayıb. Hələ o yazıya kimi mən heç bilmirdim ki, "KomandA"nın redaktoru kimdi, kimin qəzetidi.

- İndiyədək heç "KomandA" qəzetinin redaksiyasına getmişdin?
- Yox.

- Maraqlıdı, getməmisənsə, necə gedib oranı tapmısan?
- Necə deyib, elə də gedib tapmışam.

- Mahmud, bəlkə o yazı haqda kimsə sənə mənfi fikir söyləyib?
- Mənə heç kim heç nə deməyib. Sadəcə, qəzet əlimə keçib görmüşəm...

- Sənə kim dedi ki, həmin qəzetdə haqqında yazı yazılıb?
- Mənim o qədər dostlarım var ki... Ərk mənasında ona zəng edib demişəm ki, 50-60 min, 100 min - bunlar düz rəqəmlər deyil. 100 min alıramsa, boynuma alaram. Bunu ona kimsə deyibsə, Rəşad mənə desin ki, ay Mahmud, bu miqdarı mənə sizin klubdan filankəs deyib. Mən də üzləşdirim onları.

- Maraqlıdı, nə qədər alırsan?
- Dedikləri rəqəmdən az alıram.

- Axı o yazıda təhqir yoxdu. Sadəcə, deyilir ki, get "Gəncə"yə, ya da...
- Gərək "Gəncə"dən mənə nəsə təklif gələ ki, gedim. Karyeramı ehtiyatda oturmaqla bitirmək istəmirəm. Mənə də yaxşı olar ki, gedim orda oynayım. Rəşad mənə hörmət edəndisə, zəng edib klubdan soruşardı da.

- Rəşad açıqlamalarında da deyib ki, o yazı tənqid məqsədi ilə yazılmayıb. Sadəcə, o yazı məsləhət tiplidir...
- Məsləhət başqa, pulu nüfuzdan üstün tutmaq başqa. Nüfuzdan salma Azərbaycan cinayət məcəlləsinin 147.1 maddəsinə görə cinayətdir. Maddədə bilirsən nə yazılıb?

- Bilirəm, elə mən o ixtisası bitirmişəm də... Onda maraqlıdı, sən də redaksiyaya girib, dağıdıbsan, bu da cinayətdi.
- Stəkan qıran olsam, oturub burdakı stəkanları qıraram da. Hamı görər ki, mən qırdım da. Kompüteri sındırmaq fikrim olsaydı, yerə çırpardım da... Deməli, özü edib də bunları. Mənim də əlimdə sübut var. Həmin gün əynimdə olan köynək eləcə qanlı qalır. Qan da ki, mənim qulağımdan axan qandı. Bu işin axırını gözləyirəm. Sonra onu "prokuraturaya" verəcəm. Mətbuat işçilərini çağıracam, hamıya göstərəcəm.

- Hadisə zamanı polisə zəng edilib. Polis adı eşidiləndə, ordan niyə qaçıbsan?
- Qaçmadım.

- Bəs onda polisi niyə gözləmədin?
- Oyunum var idi. Polis mənə zəng etdi, dedim, qardaş mən futbolçuyam, nə sözün var, bir saatdan sonra biz respublika stadionuna gəlirik. Tutacaqsınızsa, gəlin orda tutun. Yox, ora gəlmirsinizsə, mən bazadayam, bura gəlib apara bilərsiz. Polisdən qaçsam, qaçaram da. Burda olmaram.

- Dedin ki, həmin gün bizim oyunumuz var idi. Oyun günü düşərgəni necə tərk etdin?
- Düşərgəni tərk etmək adam öldürmək demək deyil, baş kəsmək demək deyil. Həmin gün o, məni şantaj edirdi. Düşərgəni tərk etmək problem deyil, adam öldürməmişəm ki. Onun klub daxilində cəzası var, cəzalandıracaqlar, ödəyəcəm. Mən də bilirəm ki, düşərgəni tərk etmək olmaz. Ancaq Rəşad məni o qədər hövsələdən çıxartdı ki, hər şeyi unutmuşam, getmişəm görüm nə demək istəyir. Polisdən də qaçmıram. Səhər saat 10-da polis şöbəsinin qarşısında durmuşam.

- Şöbəyə kimlə getmişdin?
- Təkcə.

- Deyilənə görə, Ağasəlim Mircavadovla getmisən ora...
- And içmək mənim yaşıma sığmır, nəyə desəz, and içə bilərəm, mən ora təkcə getmişəm. Oranın polis işçilərinə də müraciət edib sörüşa bilərsiz. Orda, böyürdə idmançıların bərpası salonu var. Polis şöbəsindən çıxdım, ordakı həkim dostum var, onun yanına keçdim. Dedilər ki, Ağasəlim müəllim də burdadı. Dedim ağsaqqaldı da, gedim görüşüm. Görüşdük, o da "bu nə məsələdi, nə oldu" soruşdu. Dedi belə olmaz bəs. Dedim bəs, ərizə ilə şikayət edib. Əgər bu kişi söhbətidirsə, özümüz aramızda "çürüdərdik". Mən onu alçaqlıq bilirəm ki, gedib şikayət edib. Bizim mentalitetə uyğun deyil.

- Maraqlıdı, sən otağa girdikdən sonra birinci müqaviməti kim göstərdi?
- Orda müqavimət-zad olmayıb. Sözümüz çəp gəldi, bir-birimizə söydük. Bu qaçdı, mən elə bildim çıxıb getdi. Durmuşdum, bir də gördüm əlində bıcaq gəlir. Bıcaqla gələndə "uje" hirsləndim. Dedim sən kimsən mənə bıcaq çıxarırsan? Onu alaram, bilirsən neynəyərəm? O mətbəx bıcağı idi. Təzədən qaçdı, əlində qəndqabı ilə gəlib.

- Bəs onda Rəşadın gözünün altına nə olub?
- Ola bilər, bəlkə mənim əlim dəyib, bəlkə özü harasa dəyib. Gözünün altı necədi ki?

- Mətbuatda şəkilləri var, istəsən, baxa bilərsən...

P.S. Əslində, bu yazıya şərh vermək istəmirdik. Mahmud Qurbanovun dediklərini olduğu kimi çatdırmaq idi niyyətimiz. Amma bir əlavə etməyə məcburuq. Mahmud özünü təmkinli, sakit biri kimi göstərməyə çalışır. Amma onun bu ilin qışında Fanat İdman Agentliyinin baş redaktoru Əli Sahibi ölümlə hədələdiyini artıq çoxları bilir. Və Əli özü də bu barədə mətbuata açıqlama verib.

Mənbə: korner.az


oxunma sayı: 418 | Paylaş:




?>