')

Bu gün:


FutbolPress.Az | BABƏK QULİYEV ƏFV OLUNUB?

BABƏK QULİYEV ƏFV OLUNUB?


oxunma sayı: 472 Paylaş:

"Bu xəbəri sizdən eşidirəm. Ancaq bir həqiqət var..."

Ötən ilin mart ayında qalmaqallı şəkildə hakimlikdən kənarlaşdırılan Babək Quliyevin əfv olunduğu haqda xəbər yayılıb. Azərbaycanın müstəqillik dövründə hakimlikdə ən böyük nailiyyətin (UEFA Talant-qrupu) sahibinin ömürlük peşəsindən uzaqlaşdırılması mətbuat və ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdı.

Referinin özü də dəfələrlə KİV-də açıqlamalarıyla ona qarşı haqsızlıq edildiyini, bu cəzaya layiq olmadığını bildirmişdi. Bir müddət əvvəl Quliyevin üzr istəməsi qarşılığında əfv olunacağı xəbəri yayılmışdı. Lakin o, buna da aydınlıq gətirmişdi: "Mən heç bir səhv etməmişəm ki, üzr istəyim".

Bu gün yayılan informasiyanı dəqiqləşdirmək üçün Quliyevin özü ilə əlaqə saxladıq. Təcrübəli hakim bu haqda xəbərsiz olduğunu dedi: "Vallah, əfv olunmağımı sizdən eşidirəm. Belə bir şey yoxdu. Necə deyərlər, qız evində toydu, oğlan evinin xəbəri yox. Ancaq bir həqiqət var: niyə də olmasın? Mən bağışlanmaq yox, sadəcə, işimə qayıtmalıyam".
Quliyevdən əfv olunacağı təqdirdə bu qərara necə reaksiya verəcəyini öyrəndik: "Mən yenidən işimə qayıtmağı haqq edirəm. Siz də bilirsiz ki, yanlış qərarla cəzalandırılmışam. Azərbaycan hakimliyi üçün bu qədər uğuru qazanan adam il yarım işindən uzaq qalıbsa, bu ona necə təsir edər?! Mənim də bacardığım hakimlikdi, başqa heç nə".


oxunma sayı: 472 | Paylaş:




?>