')

Bu gün:


FutbolPress.Az | VƏTƏNPƏRVƏRLİK, ƏMZKARLIQ VƏ FUTBOL ÜÇBUCAĞI (TƏHLİL)

VƏTƏNPƏRVƏRLİK, ƏMZKARLIQ VƏ FUTBOL ÜÇBUCAĞI (TƏHLİL)


oxunma sayı: 748 Paylaş:

"Qarabağ" niyə belə oynadı?

Yaxşı olar ki, Azərbaycan milli komandası, yaxud klubları beynəlxalq oyun keçirəndə AzTV-nin şərhçisi oyunu "...ölkə idmanına, futboluna dövlət qayğısı..." - söhbətiylə başlamasın. Elə götürək, millinin son oyunu - az qalmışdı Küveytə də uduzaq. Onda da oyunun şərhinə "konspektlə" başlamışdı. Ümumiyyətlə, şərhçilik deyilən şey bu cürdüsə, onda "Qarabağ"ın məğlubiyyəti daha yaxşı təsəllidi.

Bəs görək "Qarabağ" niyə biabırçılığa uğradı?
Komandada nə kimi problemlər var idi?
Səbəb psixoloji amildədi, yoxsa...?

İlk qola qədər komandanın oyunu görüntü xarakteriylə əvvəlki ritmindəydi. Buna qədər məğlub edilən komandalara qarşı oynayan "Qarabağ"ın zəhmli tərzi üstündəydi. Ancaq bu zəhmə zəhrimar qatan Samir Abbasovu yenə start heyətində meydana buraxan və sona qədər əvəzləməyən Qurban Qurbanov növbəti dəfə Elvin Məmmədovu istifadə etmədi. Samir bu komandanın onurğa sütununu qıracaqdı, o da bu oyuna təsadüf etdi.
İlk qol məhz onun mövqeyində xaotik vəziyyət yaratması hücum taktikasında oynayan "Borussiya"ya sürpriz oldu. Qurbanov Adamiya və Raufu hücumda qoymuşdusa, niyə Elvini yox, müdafiəyə meylli və "diri topları" basdıran Abbasovu oynatdı, anlaşılmadı. Elə bu zəif nöqtəni tez tapan Şinyi Kaqava və Lukas Barrios orta sahədə bütün topları "Qarabağ"ın cərimə meydançasına qədər rahat "daşıya" bildi. Rəqibin iki uzaqdan zərbəsi bəs etdi ki, Fərhad Vəliyevin müdafiəylə rabitəsinin itdiyi anlaşılsın. Növbəti zərbəylə məhz bu çatışmazlığın ucbatından qol vuruldu.

Əsas heyətin əksəriyyətini yerli futbolçuların olması gec-tez özünü psixoloji amildə büruzə verdi. Futbolçuların hər buraxılan qoldan sonra sanki qanadlarının qırıldığı görünürdü. Komanda meydanda hissiylə oynayırdı. Bu da soyuqqanlı alman futboLçusu ilə oynamağa heç uzlaşmadı.

İkinci qol da müdafiənin Vəliyevlə rabitəsizliyinin məhsulu oldu. Və komanda "sındığını" getdikcə daha açıq göstərməyə başladı. Emin İmaməliyevin də Abbasov kimi, ona verilən topları ötürmə əvəzinə yaxınlıqdakı istənilən oyunçuya bəxşiş etməsi, start heyətinin uğurlu seçilməməsini iddia etməyə əsas verir. İmaməliyev ikinci qolun bilavasitə səbəbkarı oldu.

Qurbanov ikinci hissədə komandanın ümumiyyətlə, topu ayağa ala bilməməsini görürdü, ancaq qarşısını almaqda çətinlik çəkirdi. Bir az xarakter və intuisiya çatışmırdı. Admir Teli zədələnəndən sonra meydana onun əvəzinə Zaur Həşimov yox, Məmmədov çıxsaydı, heç olmasa komandanın topla rəftarı yerinə düşə bilərdi. Çünki Rubinsi əvəzləyən Namiq bir qədər arxaya çəkilib Elvinlə tandemdə irəlidə top qəbul edə bilməyən Vüqarla Adamiyanı təmin edərdi. Onsuz da arxada yaranan intizamsızlıq rəqibin çoxluqla irəli şığımasına gətirib çıxarmışdı. Bu vəziyyətdə, "Qarabağ"dan gözlədiyimiz əks-hücumların alınmaması məhz yuxarıda qeyd olunan hücuma top çıxara bilməmək idi. Komanda getdikcə müdafiəyə oturmaqdansa, əks hücumları "itiləməliydi".

"Borussiya" bu oyuna baxan çoxumuzun gözünün "odunu" ala bilər. Amma bu heç də o demək deyil ki, keçilən "Visla"dan qat-qat güclüdü. "Borussiya"ya qarşı uğurlu oyun qurulmamışdı. Bu komanda bundan əvvəlki rəqiblərdən daha səviyyəlidi, bu, aydın görünür. Ancaq Bakıdakı oyunda qələbə qazanmaq mümkünsüz deyil. Sadəcə, "Qarabağ" özü kimi oynasa...


Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust

"Borussiya" (Dortmund) - "Qarabağ" (Ağdam) - 4:0
Qollar: Şinyi Kaqava, 13; 42; Lukas Barrios, 20; 28
Baş hakim: Pavel Kristian Balay
"Siqnal İduna Park" stadionu ("Vestfalenştadion")


oxunma sayı: 748 | Paylaş:




?>