')

Bu gün:


FutbolPress.Az | "TƏYİNATLI" TƏYİNATLAR (ARAŞDIRMA)

"TƏYİNATLI" TƏYİNATLAR (ARAŞDIRMA)


oxunma sayı: 986 Paylaş:

Gülağa Cabbarovun işi budu?

Hakim-İnspektorlar Komitəsi Hakimlər Komitəsindən heç də aşağı yer deyil, əksinə daha qətiyyətli bir qurum olmalıdı. Çünki meydanda ədaləti qoruyan (yaxud qorumayan) fit sahiblərinin 90 dəqiqəlik işinə hakim-inspektorlar qiymət verir. Həlledici məqam...

Ancaq faktlar heç də ürəkaçan deyil. Adətən, HK sədri Xaqani Məmmədov tənqid olunub, ancaq inspektorların sədri Gülağa Cabbarovun da ixtiyar sahibi olmadığını sübut edən nüanslar var.

Adil Nadirovu tanıyırsız? Tanıyanlar bilir, bilməyənlərə tanıdaq ki, bu şəxs "Qarabağ"ın təsisçilərindən olub, indi də bu kluba yaxındı və s. Ancaq Gülağa Cabbarov onu 2 dəfə Premyer Liqa, 2 dəfə də kubokda məhz "Qarabağ" matçına AFFA nümayəndəsi təyin edib. Həmin oyunlar bunlardı:

Premyer Liqa: 
"Qarabağ" - "Rəvan" (16.12.2011)
"Qarabağ" - "Kəpəz" (20.02.2011)

Azərbaycan Kuboku:
"Xəzər Lənkəran" - "Qarabağ" (30.11.2011)
"Qarabağ" - "Qəbələ" (28.03.2012)

Gülağa Cabbarov həm də  "Qarabağ"a başqa bir yaxın şəxsi - Elbrus Abbasovu da bu mövsüm 2 dəfə onların oyununa nümayəndə təyin edib:

Premyer Liqa:
"Qarabağ" - "Qəbələ" (17.03.2012)

Azərbaycan Kuboku
"Qarabağ" - "Sumqayıt" (30.11.2011)

Cabbarovun qəribə təyinatlarının arasında maraqlı məqamlar bitmir. Birini də deyək - Namiq Məstanov. O, "Turan"ın idarəçilərindən olub, Tovuz klubuna yaxındı. Bu mövsüm tam 4 dəfə Məstanovu "Turan"ın oyununa təyin etməyin adı nədi:

Premyer Liqa:
"Turan" - "Bakı" (18.09.2011)
"Turan" - "İnter" (06.11.2011)
"Simurq" - "Turan" (10.12.2011)
"Turan" - "Simurq" (13.04.2012)

Bu nədi? Nə ad verirsiz buna?

Elçin CƏLİLOV


oxunma sayı: 986 | Paylaş:




?>