')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ" BU AZARKEŞƏ QARŞI DA OYNAMALIDI! (VİDEOLAR)

"QARABAĞ" BU AZARKEŞƏ QARŞI DA OYNAMALIDI! (VİDEOLAR)


oxunma sayı: 639 Paylaş:

Sabah "Qarabağ" Dortmundda möhtəşəm sınağa çıxacaq. Avropa Liqasının qrup mərhələsinin biraddımlığı - pley-offda rəqib "Borussiya"dı. Almaniya klubu haqda Azərbaycanda təsəvvürü, məlumatı olmayan çox az adam tapılar. Dortmund təmsilçisi qitənin ən çılğın və sadiq azarkeş ordusuna malikdi. Rəsmi adı "Signal İduna Park" olan "Vestfallenştadium" dünyanın ən müasir və böyük arenalarındandı.
"Borussiya" ötən mövsüm Avropa klubları arasında azarkeşinin sadiqliyinə görə fəxr edə bilər. 80 mindən çox tamaşaçı tutumuna malik stadion Bundesliqanın ötən mövsümü ərzində ümumilikdə, orta hesabla hər oyuna 78 min azarkeş qəbul edib. Bu, Avropada rekord göstəricidi.
Sabah bu arenada, bu azarkeşin qarşısında oynamaq gənc heyət üçün istənilən halda çətin olacaq. Ancaq Qurban Qurbanovun Tofiq Bəhramov adına stadionda oyuna hazırlığı "Borussiya" azarkeşlərinin səsi altında keçirməsi ideyası olduqca maraqlı idi. Sabahı gözləyək...




oxunma sayı: 639 | Paylaş:




?>