')

Bu gün:


FutbolPress.Az | BASKETBOL YIĞMASI AVROPAYA SƏS SALIB

BASKETBOL YIĞMASI AVROPAYA SƏS SALIB


oxunma sayı: 314 Paylaş:

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının B divizioununda mübarizə aparır. Komandanın inamlı çıxışı davam edir. Millimiz bu dəfə Rumıniya qalib gəlib - 101:86 (24:16, 23:29, 23:18, 31:23).

Yığmanın heyətində ən məhsuldar basketbolçu Türkiyə Super Liqasında çıxış etmiş, qardaş ölkə yığmasının şərəfini qorumuş və bir müddət əvvəl vətənə dönməklə bağlı qərar vermiş Rasim Başak olub - 28 xal. Çarlz Devis 24, Fuad Niftəliyev 14, Aleksandr Rındin və Tahir Baxışəliyev 12, Zaur Paşayev isə 11 xal toplayıb.

Qrupda keçirilən digər oyunda İsveç Albaniyaya qalib gəlib - 111:64. Keçirdiyi üç oyunun üçündə də qələbə qazanan Elxan Əliyevin Yetirmələri hazırda turnir cədvəlinə başçılıq edir. Komandamızın aktivində 6 xalı var. İsveç və Ruminiya yığmaları millimizdən 1 xal az toplayıb. Belarus və Albaniyanın isə 4 xalı var. Millimizin növbəti rəqibi İsveç olacaq.


oxunma sayı: 314 | Paylaş:




?>