RƏVAN BƏŞİROV ROMULONUN TRANSFERİNİ HEÇ XATIRLAMIR (ARAŞDIRMA)
Paylaş:
"Məsləhət görürəm, aidiyyatı şəxslər ehtiyatlı və dəqiq davransınlar" "Xəzər Lənkəran" klubu 2008-2009-cu illər mövsümündə transfer etdiyi braziliyalı Romulo Silva ilə problem yaşadığı hər kəsə məlumdu. Hətta hücumçu maliyyə məsələsinə görə FİFA-ya da şikayət məktubu göndərmişdi. FIFA braziliyalı oyunçunun məsələsinə baxıb, müəyyən qərarlar çıxarmışdı. Lakin bu qərarlar cənub klubunun heç də xeyrinə olmayıb. Üstəlik, xəbərin içində Rəvan Bəşirovun təqsirkar qismində göstərilməsinin məntiqi nədi? Əvvəla, nə AFFA İcimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, nə də PFL-in media kuratoru Aslan Şahgəldiyev bu məsələnin hüquqi əsasını göstərə bilmədi. Hər iki futbol rəsmisi təxminən eyni cavabı verdi: "Bilmirik, xal silinməsi məsələsi naməlum məsələdi". Bəli, bilməyəcəklər. Çünki bu, absurd bir şeydi. Nəyini biləsən? 2009-2010 mövsümündə oynamış futbolçunun FIFA-ya şikayətindən sonra niyə 6 xal indi silinməlidi, yoxsa həmin mövsümə aid olunmalıdı? Ümumiyyətlə, xal silinməsi məsələsini kim fikirləşib? Bunun heç bir əsası yoxdu, belə bir şey mümkün deyil. Qaldı ki Rəvan Bəşirovun adının hallanması. Bəşirovla əlaqə saxlayıb məsələyə münasibət öyrəndik: "Mən 2009-un iyununa kimi klubda çalışmışam. Romulonun danışıqlarına aidiyyatım yoxdu. Mən istefa verəndən sonra o futbolçu hələ orda olub. Problem isə nə vaxt yaranıb, həmin futbolçu komandadan niyə gedib - bu məsələləri bilmirəm, orda olmamışam, yəni xatırlamıram. Əgər Romulo şikayətinə əsasən klubdan təzminat alırsa, bu onun bacarığıdı, deməli, məsul şəxslər işi doğru qurmayıb. Cərimə olunmuşdularsa, heç olmasa, vaxtında ödəyəydilər. Hər halda, özləri bilər. Mən sadəcə, bir şeyi anlamadım, niyə heç bir dəxli olmadan mənim adım hadisələrin episentrində göstərilir. Məsləhət görürəm, aidiyyatı şəxslər ehtiyatlı və dəqiq davransınlar. Mən rəsmi mövqenin nədən ibarət olacağını gözləyəcəm. Məsələyə aydınlıq gətirilməlidi, heç nədən adım aidiyyatı olmayan hadisəylə yanaşı çəkilirsə, bu mənə xoş deyil". Bildirək ki, Romulo ilk oyununu mart ayında "Bakılı"ya qarşı keçirib. Sonra oynamayıb. Həmin vaxt klubun vitse-prezidenti olmuş Bəşriovun dediyinə görə, adıçəkilən futbolçunun transferində rəyçi və ya vasitəçi olmayıb. Futbolçunun klubla problemi isə onun istefasından sonra olub. Əgər qalmaqala səbəb olan futbolçunun transfer də digər məsələlərinə heç bir aidiyyatı yoxdusa, problem də onun istefasından sonra yaranıbsa, bəs niyə Bəşirovun adı hallanır? FIFA-dan kluba şikayət məktubu 2010-cu ilin oktyabrında daxil olub. Bəşirov isə 2009-un 12 iyununda istefa verib. Məlumata rəsmi münasibət öyrənmək üçün "Xəzər Lənkəran" rəsmiləriylə danışmaq cəhdimiz baş tutmadı. Asəf ZEYNALLI
Məsələ burasındadı ki, FİFA klubu məsələ ilə əlaqədar olaraq, 114 min dollar cərimələyib. "Xəzər Lənkəran" həmin borcu ödəsə də, işlər yoluna düşməyib. Belə ki, borcla əlaqədar olaraq, hər il məbləğin üstünə 5 faiz gəlib. Rəvan Bəşirovun vitse-prezident olduğu dönəmdən bu yana məsələ tam həllini tapmadığına görə, FİFA məsələdən AFFA-nı xəbərdar edib. AFFA müəyyən nəticələr çıxarıb, sabaha qədər FİFA-ya göndərməlidir. Müəyyən borc ödənilsə belə, FİFA "Xəzər Lənkəran"ın aktivindən 6 xal çıxılmasını tələb edib. Bu, istənilən halda, keçərlidir.
Bu məlumat az əvvəl futbol11.az-da çıxıb. Maraqlıdı, Lənkəran klubunun 6 xalı hansı əsasla silinəcək? Bunu təsdiq edəcək əsasnamə, məcmuə, nizamnamə nə cürdü, necə izah oluna bilər?
| Paylaş: