')

Bu gün:


FutbolPress.Az | YERİNDƏ ADDIMLA: 1-1

YERİNDƏ ADDIMLA: 1-1


oxunma sayı: 531 Paylaş:

Foqtsun "eksperiment" limiti dolur

Avropa çempionatına seçmə mərhələ öncəsi Azərbaycan yığması son yoldaşlıq oyununu keçirdi. Tofiq Bəhramov adına Respublika stadionunda Küveytlə qarşılaşma heç-heçə oldu. İlk qolu birinci hissənin sonuna yaxın Elvin Məmmədov vurdu. Ancaq ikinci hissədə tempi və sistemi sabit saxlayan rəqib komanda bunun məntiqi nəticəsinə nail oldu - 1:1.

Berti Foqtsun komandası oyunun əvvəllərində "iştahlı" görünsə də"şeyxlər" asan yem olmadıqlarını göstərdilər. Oyunun 60-cı dəqiqəsindən sonra tədricən sürət aşağı düşdü. Vaqif Cavadov və Mahir Şükürov onlardan gözləniləni tam verə bilmədi. İkincinin cinahdakı müəyyən fəallığı fonunda Cavadov ələ düşən imkanlardan heç faydalanmadı. O, oyuna tam hazır olmadığını göstərdi, amma məşqçi onun əvəzinə Fərid Quliyevi əvəzlədi. Şükürov isə oyunun əsasən onun cinahı üzərindən qurulduğunu bilsə də, bir neçə dəfə sürəti aşağı salır və ya topla lazımsız davranışa yol verirdi; təbii, yaxşı ötürmələrini də nəzərə almaq şərtiylə.

Üstəlik, komandanın oyunu heç də ürəkaçan olmadı. Əgər küveytlilər cinah keçidlərinə aludə olub məşqçinin şablon üslubundan yeri gəldikcə çıxsaydılar, onlar qalib gələ bilərdilər. Bizim futbolçular mərkəzdə rəqibi asudə qoymuşdu. Bundan başqa, uzaqdan zərbələr heç olmadı. Hansı ki, müdafiəni yarıb keçmək əlverişli variant deyildi, çünki onlar müdafiədə çoxluq yaradırdılar.

Foqts komandada irəliləyiş yaratdığı bu dəfə hiss olunmadı. Məşqçinin işi ən azı futbolçuların bir-birinə sağlam ötürmələr verməyindədi. Əgər bu alınmırsa, oyunda xətlər arasında münasibət baş tutmurdusa, bu məsuliyyət birbaşa Foqtsun üzərinə düşür. Daha futbolçuların mövqeyi üzərində oynayıb bunu taktiki yoxlama adlandırmaq yaraşmaz...

AZƏRBAYCAN - KÜVEYT - 1:1
Qollar: Elvin Məmmədov, 41 - Bader Almutva, 82
Baş hakim: Sergey Karasyov (Rusiya)


oxunma sayı: 531 | Paylaş:




?>