')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"a doğru...

"Qarabağ"a doğru...


oxunma sayı: 896 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

...Dünən "Qarabağ" "Visla"ya üçüncü qolu vuranda dostum Qismət Rüstəmovla bu sevinci bir neçə saniyə heyrətdən qopara bilmədik. Aşağıdan yuxarı baxdığımız bir ölkənin komandası gözümüzün önündə çökdürülürdü. Aqil Abbasın "Dolu"xsunmağı.. adamı haralara aparırdı...

İlk dəfəydi əminliklə, Azərbaycan komandası futbol oynayır (!) deyə, oyuna baxırdıq. Mənə xoş olan bu qələbədə mənim ən gənc məşqçimin Polşanın ən tanınmış məşqçisinə oyun göstərməsi, onu istefaya məcbur etməsi, polyakların çarəsiz vəziyyətdə qalması idi. Çünki onlar həmişə bizim komandalara bacardıqca çox qol vurmağa var-güclərini qoyurdular. 3:0... 8:0... 9:0...

Onlar hər dəfə bu qədər qol vurandan sonra KİV-ləri Azərbaycana "futbol oynamamağı" məsləhət görürdülər. Qurban Qurbanova, ümumiyyətlə, bu azərbaycanlı heyətin son 3-4 ildə belə püxtələşməsində, bir komandada qalmasında əməyi keçən hər kəsə sayğılarımı bildirirəm.

Oyun bitəndə bir həmkarım zəng vurub, "İndi də tənqid edəcəksən? Gör, neynədilər!"- deyəndə, sadəcə gülümsədim. Düzdü, "Qarabağ"ı çox tənqid etmişik. Xüsusən, Qurban Qurbanovu. Ancaq elə bilirəm ki, tənqid yazmaq "istəməmək" deyil. Valideyn övladını tənbeh edib onun yaxşılığına çalışır, gələcəyini düşünür. Tərif isə həssas şeydi. Qədərində olmayanda zərərli olur. İndi "Qarabağ" tərifi qazandı, bunu haqq etdi.

İlk dəfəydi Azərbaycan komandasının eyforeyaya düşmədiyini, üçüncü qoldan sonra da xarakter göstərdiyinin şahidi olduq. Bura qədər keçilən yolun bir təsadüf olmadığı məlum olur. Bu futbolun startı ötən mövsümdən başlamışdı. Mən buna uğurdan əvvəl, yaxşı futbol anlamıyla yanaşmağın tərəfdarıyam. Biz hələ "uğur" kəlməsinə vərdiş edincə, "yaxşı futbola" öyrəşməliyik.

"Qarabağ"ın tutduğu mövqe özünü doğruldur. Ən azı digər daha varlı klublarımızdan fərqlənir. Deməli, bu yanaşmanı öyrənməyə, bu cür istiqamət götürməyə dəyər.

Qəribə təsadüfdü, Avropa mətbuatı son həftə Azərbaycanla əlaqəli iki hadisəyə heyrətlənib: Şəhid olan, milli qəhrəman Mübariz İbrahimov və "Qarabağ"...

P.S. "Qarabağ"dan Qarabağa doğru neçə qol lazımdı?

Yazarın bütün yazıları

oxunma sayı: 896 | Paylaş:




?>