')

Bu gün:


FutbolPress.Az | EMİL MPENZA GƏLİB, GƏLMƏYİB?

EMİL MPENZA GƏLİB, GƏLMƏYİB?


oxunma sayı: 395 Paylaş:

"Neftçi"nin uzun müddət haqqında bəhs etdiyi transferini rəsmiləşdirmək üzrədi. Belçika yığmasının əsas oyunçularından olmuş məşhur Emil Mpenzanın artıq Bakıya gəldiyi və "ağ-qaralarla" 3 illik müqaviləyə razılaşdığını haqda xəbərləri futbolçunun vətənində əksər qəzetlər yazıb.

Mpenzanın 32 yaşı var. Karyerası ərzində "Mançester S.", "Şalke 04", "Hamburq" kimi nüfuzlu klublarda oynayıb. Sonuncu klubu "Sion"du (İsveçrə). Yığma komandada 57 oyuna 19 qol vurub.

Mpenzanın artıq Bakıda olduğu və 600 manatlıq müqavilənin imzalandığı haqda fanat.az xəbər yayıb. Ancaq klub rəsmiləri bu xəbəri hələ təsdiqləmirlər. Baş məşqçi Arif Əsədov isə futbolçunun yalnız sabah Bakıya gələcəyini deyir.Detallar haqda isə heç bir məlumat vermədi.

Klubun vitse-prezidenti Tahir Süleymanov da həmişəki kimi məsələyə həssaslığını büruzə verib: "Düzdü, Mpenza hələ Bakıya gəlməyib. Ancaq biz onunla razılıq əldə etmək üçün əlimizdən gələni edirik. Onun digər nüfuzlu klubların təklifinə baxmayaraq "Neftçi"yə gətirəcəyimiziə inanırıq".


oxunma sayı: 395 | Paylaş:




?>